adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Aprel 2019 14:46
11100
MƏMLƏKƏT

AĞDABAN

Ağdabanın birinci faciəsi: 8 aprel 1992-ci il

"Bahar fəsli, yaz ayları gələndəsüsənli-sünbüllü, lalalı dağlar” kəlbəcərlilərin gözlərində dumana-çənəbürünür. Çünki 27 ildir, deyirlər, Kəlbəcərə yaz gəlmir. Sazın-sözün beşiyiolmuş Kəlbəcərdə özgə dilində danışırlar. Çal-çağırlı günlərini də itirib buulu yurd doğma kəlbəcərliləri kimi...

O baharda da beləcə qan-yaş axıtdı dağ-daşlarımız, bacı-qardaşlarımız.O baharda da çəməndəki gül-çiçəklərimiz şəhid qanına bələndi, inlədi...

...Ağdaban - 8 aprel 1992-ci il. Ağdabanın tarixinə həmin gün qara hərflərləyazılıb, əslində isə qan qırmızı rənglə. Ağdabanın dəhşətlərindən danışmaqolmur. Necə deyəsən ki, tarix boyu sazlı-sözlü olan Ağdaban o gün odlaraqalandı?! Hansı mənəvi haqla bunu dilimizə gətirək? Necə deyək ki, Dədə Şəmşirin,atası şair Ağdabanlı Qurbanın işıq üzü görməyən əlyazmaları yandırılıb, külügöylərə sovrulub?


Ağdabana aprelin 8-də səhər tezdən çatmışdıq. Yağılar kəndi tar-maredib dağıtdıqdan sonra baxmaq olmurdu bu yerlərə. Gecədən od vurulmuş evlərdənhələ də burum-burum qara tüstü qalxırdı. Ağdərənin Çapar kəndi istiqamətindənatılan toplar bizdən o yana düşüb "salamat” qalmış bir neçə evi də dağıtdı. Kəndinköməyinə gəlmiş müdafiəçilər düşməni susdurmağa çalışsalar da, heç bir əhəmiyyətiyox idi.

Ağdaban qan içində boğulur,"tüstüsü başından çıxırdı”

Ağdabanla Çayqovuşanın arasında bir təpə var. Bura qədimlərdən uşaq qəbiristanlığıolub. Kəlbəcərin əksər kəndlərində körpələrin və uşaqların ayrıca qəbiristanlığıvar idi. Dədə Şəmşirin də son mənzili burada, uşaq qəbiristanlığında idi. Təsadüfən,möcüzədənmi, ya nədənsə, salamat qalmış məzar daşları sanki yandırılmış hər ikikəndə ağı deyirdi. Yığışmışdıq Dədə Şəmşirin məzarı başına. Hamı günahkar-günahkarbaşını aşağı dikib Dədəyə başsağlığı verirdi.

Yandırılmış kənddən cəsədləri çıxarmaq üçün qrup ayrılmışdı. Gülləyağışının altında kəndə girmək qorxulu olsa da, heç kim ehtiyat etmirdi. Sayabilmirdik yandırılmış, işgəncələrlə divan tutulmuş kənd camaatının meyitlərini.

Birdən kimsə qışqırır: "Vay, qardaş, can, ay qardaş. Səni də, kəndimizkimi, qoruya bilmədim... "Dedilər ki, şair Əlqəmənin oğludur, Dədə Şəmşirin nəslindəndir.Bu fəryad bəlkə də Murovun qarlı zirvəsinə qədər gedib çatmışdı. Dağlarda da buharay var idi...


Ağdabanın o dəhşətli günlərini gözlərimizə köçürüb üzü geri qayıdırdıq.Kəlbəcərin milisləri, özünümüdafiə dəstələri isə hələ də soraqları olmayanağdabanlıları axtarırdılar. Ağdabanda qanlı ayaq izləri və bir də ara-sıra gülləsəsləri qalırdı.

O gün Kəlbəcər gözləri baxa-baxa şəhid olmuş ağdabanlılara qarageyinmişdi. Kəlbəcər özünün ilk şəhid balalarını sinəsinə basıb oxşamaq istəyirdi.

Kəlbəcərin Yolaşan adlanan yerində bir Şəhidlər xiyabanı salınırdı. Buxiyabana ilk şəhid karvanı yol başlamışdı. Bu qara karvan ağdabanlıların idi...

"Dəmir qanadlı quş”un qanlı caynaqları və 8fidan

1989-cu il iyulun 11-də tütün sahəsində çalışan ağdabanlı qadınlaronları girov götürmək istəyən 7 erməni silahlı quldurunu tutmuşdular. Rayonprokurorluğu istintaqa başlamışdı. Respublika Prokurorluğu isə işin DağlıqQarabağ Muxtar Vilayəti hərbi komendantının sərəncamına göndərilməsinə əmrvermişdi. İyulun 14-də həmin erməni quldurlarını Xankəndiyə guya istintaqaaparmaq üçün rus hərbçilərinin müşayiəti ilə Kəlbəcərə 2 hərbi vertolyot gəldi.Nədənsə vertolyotlar nəzərdə tutulmuş meydançaya deyil, şəhər stadionuna endi.Erməni quldurlarını götürüb qalxarkən vertolyotlardan birinin pərləri elektrikdirəyinə toxundu. Vertolyot müvazinətini itirərək stadionun yanındakı divarındibinə düşdü. Bu zaman vertolyotun pərləri burada futbol oynayan, həmin vahiməli"dəmir qanadlı quşa”a baxmağa toplaşmış uşaqları biçib-tökdü. O gün Kəlbəcər 8azyaşlı məktəblinin qanında boğuldu. Kim idi onlar: ermənilərə güllə atanmı?!Başqa xalqın torpağına göz dikənmi?! Bəs nə idi onların günahsız axan qanınabais?!

Həmin hadisəyədək (aprelin 7-dən 8-nə keçən gecə) isə ermənilər gecə ikənhücum edərək Dədə Şəmşirin yurdunu - Ağdabanı ikinci Xocalıya çevirdilər.Hücumdan xəbərsiz kənd əhalisi başaçıq-ayaqyalın, qarlı meşələrə, dağlara çəkildi.Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən, əhalimüdafiəsiz qalmışdı. Bu qanlı faciə zamanı 32 ağdabanlı - qoca, qadın, uşaq həlakoldu, iki nəfər evdə diri-diri yandırıldı, 7-si isə girov aparıldı. Kəndbütünlüklə odlara qalandı. Səhər tezdən köməyə gələn yerli özünümüdafiəbatalyonunun 6 döyüşçüsü də pusquya düşərək həlak oldu. Kəndə köməyə gedən hərbçilərvə mülki adamlar yolda gülləbarana tutuldular.


Ağdaban faciəsi ermənilərin Kəlbəcərə qarşı başladığı böyük müharibəninsiqnalı idi. Ağdabanın ermənilərin əlində qalması görünməz fəlakətlərə gətiribçıxarar, digər kəndlərin işğalını asanlaşdırar, Murov yolunun quldurlar tərəfindəntutulmasına və beləliklə də 52 min nəfərlik əhalinin tamamilə məhvinə gətiribçıxarardı.

Xocalı soyqırımı kimi, Ağdabanın birinci faciəsi də o zamanrespublikada dərk olunmadı. Neçə illər keçsə də, hələ o faciə beynəlxalqmiqyasda müzakirəyə çıxarılmayıb. Sonrakı hadisələr bir daha təsdiqlədi ki, Kəlbəcərinişğalı, əslində, hələ 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdabanındarmadağın olunmasından başlanmışdı.

Qarabağın dağlıq hissəsinə vaxtilə qonaq qismində gəlmiş ermənidaşnakları 1988-ci il fevral ayının 13-də Əli ilə Bəxtiyarı (iki günahsızyeniyetməni) qətlə yetirdikdən sonra xalqımızın tarixində yeni şəhidlik dövrübaşladı. İlk şəhidlərimiz torpaq uğrunda əbədiyyətə qovuşdu. Sonra qədim İrəvanda,Zəngibasar və Göyçədə, Hamamlı və Gümrüdə... şəhid verdik. Düşmən mühasirəhalqasını daraltdıqca şəhidlərimizin sayı da artdı. Nəinki Qərbi Azərbaycanda,Dağlıq Qarabağda da türksoylular doğma torpaqlarında didərginə, qaçqın-köçkünəvə girova çevrildilər.

Həmin günlərdən sonra Kəlbəcərin də ayrı-ayrı kəndlərinin dinc sakinlərigülləbarana tutuldu, Dikyurd yaylağından yeniyetmə yaşlarında olan Hidayət Cəfərov500 başdan artıq mal-qara ilə birlikdə Basarkeçərə (Vardenisə) oğurlanıbaparıldı.

Kəlbəcərin müsibətli günlərində qan çanağında boğulan kəndlərindənbiri, əslində isə birincisi Ağdabanla Çayqovuşan idi.

Otaqqaya, qanlı karvan və bir də...

Ağdaban növbəti dəfə erməniquldur dəstələri tərəfindən darmadağın edildi. Beləliklə, 8 aprel 1992-ci il və26 mart 1993-cü il Ağdabanın işğal tarixləri kimi yaddaşlara yazıldı. Kəlbəcərinilk şəhidliyi məhz bu kənddən başladı. Ermənilər Ağdabanı təkcə strateji məkanolduğu üçün deyil, əslində, Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfəalmışdılar. Çünki bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şahİsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsil davamçısı idi. Buocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhzona görə də hələ 1990-cı il iyul ayının 11-də Ağdərənin Otaqqaya ərazisində Tərtər-Kəlbəcərmarşrutu ilə gedən (150-yə yaxın maşından ibarət) karvanın qarşısını kəsərək DədəŞəmşirin qızı Çimnaz xanımı, milis mayoru, Zərdab rayon milis rəisinin müaviniŞahlar Şükürovu (Azərbaycanın Milli Qəhrəmanı), Aslan Xıdırovu, İttifaqmiqyaslı "İstisu” sanatoriyasında müalicəyə gedən dinc sakinləri (əksəriyyətiisə xəstə və qocalardan iba-rət) terror nəticəsində qətlə yetirmişdilər.


Bu, ermənilərin əsas və çirkin niyyətlərinin həyata keçirilməsiplanının ilkin şərtlərindən biri idi. Min təəssüf ki, Ağdaban faciələrinə rəsmiolaraq siyasi və hüquqi qiymət verilmədi. Miqyası geniş olmayan neçə-neçə beləfaciələrimizin üstündən sükutla keçməyimiz isə nəticədə Ermənistanın torpaqiştahasını bir az da artırırdı...

Ağdabanın ikinci faciəsi: 26mart 1993-cü il

...Həm Ağdərə, həm də ErmənistanınBasarkeçər rayonu istiqamətindən hücuma məruz qalan, müdafiə olunmayan, şayiələrvə təxribatlar nəticəsində vahiməyə düşən Kəlbəcər əhalisi qarlı-çovğunlu günlərdəöz dədə-baba yurdlarından ayaqyalın-başaçıq, bütün əmlakını ataraq, dəniz səviyyəsindən3400 metr yüksəklikdə olan Murovdağ aşırımından qaçmağa məcbur edilmişdi.Siyasi oyunların, daxili çəkişmələrin, qeyrətsiz və satqın hərbçilərin xəyanətindən52 min nəfərlik əhali qısa vaxt ərzində doğma yurdundan qovuldu. Azərbaycanın əngözəl, öz təbii ehtiyatlarına görə zəngin bölgəsi olan Kəlbəcər təkləndi vədüşmənin əlinə keçdi.

Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindənzəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyəalınaraq, 1993-cü il mart ayının 31-dən aprelin 2-dək tamamilə Ermənistansilahlı qüvvələri tərəfindən işğal edildi.

Kəlbəcərin işğalı ermənilər üçün sanki göydəndüşmə idi. Əvvəla, nə qədərki Kəlbəcər işğal olunmamışdı, Dağlıq Qarabağı ələ keçirmək sual altında idi.Bir əsrdə dəfələrlə buraya edilmiş hücum və təcavüzlərin qarşısını alan kəlbəcərlilərimkan vermirdilər ki, ermənilər Dağlıq Qarabağı Ermənistana bir-ləşdiribplanlarını həyata keçirsinlər. İkincisi, Kəlbəcərin işğalı hərbi üstünlüyün ermənilərintərəfinə keçməsinə və bununla da Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzulikimi bir-birindən zəngin təbii resurslara malik rayonlarımızın işğalına şəraityaradırdı.

...Hər zülmət gecənin bir işıqlı sabahı olur. Azərbaycanın işıqlısabahlarının birində işğal altında inləyən yurdlarımızın, eləcə də Ağdabanınüstünə gün doğacaq. Səmamız da məqsədimiz, məramımız və amalımız kimi aydındır,işıqlıdır, nurludur. Kəlbəcərə gedən yol Ağdabandan başlayır. Yazda əriş-arğacolan Kəlbəcər yolları haçalanacaq yenə neçə kəndə, neçə bərə-bəndə, düşməniazdıracaq dumanda-çəndə... Həmin Qələbəyə biz Lələtəpə zəfərindən, Böyükqayıdışa isə Cocuq Mərcanlıdan başlamışıq...

Unutmayaq:

Аğdabаnfaciəsi zamanı şəhid оlаnlarımızı

1.Almasov Tağı Sultan oğlu
2.Almasov Şahid Tağı oğlu
3. Kərimоvа Qəmər İmrаn qızı
4. Аlıyev Cаmаl Hаqverdi оğlu
5. Аlıyevа Ülviyyə Cаmаl qızı
6. Məmmədоv Musа Qаrа оğlu
7. Qоcаyev Qаrа Qurbаn оğlu
8. Qurbаnоv Qulu Şаbər оğlu
9. Qоcаyevа Zeynəb Məhəmməd qızı
10. Qоcаyev Bаkir Qurbаn оğlu
11. Məmmədоvа Həyаt Yоlçu qızı
12. Qаbilоv Sədrəddin Qədirоğlu
13. Məmmədоv Məhəmməd Mаmоy оğlu
14. Bаğırоv Əbdül Məhəmmədоğlu
15. Məmmədоv Ziyəddin Əlqəmə оğlu
16. Həsənоv Nаtiq Bəhmən оğlu
17. Bаyrаmоv Çingiz Хаnlаr оğlu
18. Kərimоv Əbülfət Sоvet оğlu
19. Bаğırоv Vidаdi Yusif оğlu
20. Süleymаnоv Аzаd Cəmil оğlu
21. Аbbаsоv İsgəndər Аsif оğlu
22. Əliyev Misir Pənаh оğlu
23. İbrаhimоv Həmid İsmаyıl оğlu
24. Hümbətоvа Fаtmа Qаrаcа qızı
25. Qаsımоv Riаyyət Bаhаdur оğlu
26. Məmmədоv İsbəndiyаr Lətif оğlu
27. Hümbətоv Qоrхmаz Mustаfа оğlu
28. Mirzəyev Mаhmud Əli оğlu
29. Mirzəyev Nüsrət Mаhmud оğlu
30. Məmmədоv Turаl Qаrа оğlu
31. Tаğıyev Rаfiq Bəhmən оğlu
32. HüseynоvHidаyət Sаleh оğlu

Məhəmməd NƏRİMANOĞLU