Ağcabədidə oğlunu öldürən ata həbs edildi
Ağcabədi rayonunda qətl törədən şəxs həbs edilib.
Bu barədə Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq, barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, fevralın 11-də səhər saatlarındaAğcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərov evində münaqişə zəminində oğlu T.Cəfərovuqətlə yetirib.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15