Ağcabədidə "Mercedes" yandı
Ağcabədi şəhərində "VAZ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, nəticədə "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər Xəbərlər
03 May 2024 17:14