Ağcabədi polisi əməliyyat keçirdi - Saxlanılan var
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakini Novruz Hüseynov saxlanılıb.
İlkin olaraq onun üzərindən marixuana aşkar edilib. Onun ətrafında davam etdirilən araşdırmalarla rayon ərazisində gizlətdiyi narkotik də müəyyən olunub. Həmin əraziyə baxış keçirilən zaman 7 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər Xəbərlər
01 Noyabr 2025 17:00
Naxçıvan polisi əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı
01 Noyabr 2025 10:47
"TikTok"da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb
01 Noyabr 2025 10:04
Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə döydü
31 Oktyabr 2025 12:27


Bakı -°C

