Ağbirçək qadın vəhşicəsinə döyüldü
Bu gün səhər saat 08:00 radələrində Bakının Xəzər rayonu ərazisində yaşlı qadın vəhşicəsinə döyülüb. Bu barədə hadisə şahidləri məlumat verib.
Verilən məlumata görə, Şağan-2 ərazisində yaşayan 61 yaşlı Əzifə İlyasova naməlum şəraitdə döyülüb. Qapalı kəllə-beyin travması və digər bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.
Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin təhqiqatçısı Anar İsayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə onlara məlumat verilib. Hazırda araşdırma aparılır.
"Qadın xəstəxanada müalicə olunur. Onunla görüşə bilməmişəm. Qadının izahatı alınacaq. Onun kim tərəfindnə döyüldüyü bundan sonra məlum olacaq. Hadisənin səbəblərini və günahkarı tezliklə müəyyən edəcəyik”, - deyə Anar İsayev bildirib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15