12 Iyul 2021 15:41
21322
SİYASƏT

AĞ GÜL, QIRMIZI GÜL, SARI GÜL, YANINDA DA  İTBURNU ÇİÇƏYİ

Xarici ölkələrin  ölkəmizdəki  səfirləri Şuşaya  səfər etdilər. Bildiyiniz kimi, ABŞ-ın, Rusiyanın və Fransanın səfirləri  Şuşa səfərindən  imtina etdilər.

Mən onları  qınamıram, çünki Şuşaya gedəndə yandırılmış kəndlərdən, rayonlardan keçəcəkdilər və xəcalət  çəkəcəkdilər.  Çünki bu, ermənilərdən  daha çox onların  əl işidi. 30 il idi ki, ABŞ hər il açıq-açığına Qarabağda yaşayan erməni separatçılarına 10 milyon  dollar göndərirdi. Gizlin nə qədər  göndərirdi, onu da  biz bilmərik.  Fransa da onun kimi. Rusiya da bu 30 ildə  Ermənistana azı 200 milyard dollarlıq  silah-sursat göndərib.

Ona görə  xəcalət  çəkib Şuşaya  getməyiblər.  Bəs, Almaniya səfiri niyə getməyib? Görən, Almaniyanın bu məsələdə nə zibili var? Yoxsa, sadəcə olaraq başının ağası məsləhət görməyib.

Almaniyanın hərəkəti yadıma bir mahnı  saldı:

Ağ gül,

qırmıııııızı gül,

bir də sarııııı gül...

Yanında da  itburnu çiçəyi.