04 May 2025 11:22
109
SİYASƏT

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Adalet.az-a Azərbaycan Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsndən bildirilib.

Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.