adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Oktyabr 2017 15:18
83872
GÜNDƏM

AĞ EVİN QARŞISINDA PƏŞOV ƏHVALATI

Bu günlərdə Amerika polisi Ağ evin qarşısında, küçənin düz ortasındaca öz yüngül təbiiehtiyacını ödəyən bir kişini ədəb-ərkan qaydalarını gözləməyə dəvət edərkənadam özündən çıxır və deyir ki, mən başımdakı çipi necə çıxartmaq barədə Pentaqonunşefi Ceyms Mettison və Milli Təhlükəsizlik Agentliyinin direktoru MayklRocerslə danışmaq istəyirəm. Ölkənin, həm də dünyanın bir nömrəli postunun keşiyini çəkən polisəməkdaşları hərəkətlərindən və danışığından gicbəsərlik tökülən bu qeyri-aditipin avtomobilini axtarmaq qərarına gəlir və ordan 9 ədəd odlu silah – tüfəngvə tapança tapırlar. Sonra onun psixi durumunu yoxlamaq üçün əvvəlcəxəstəxanaya aparır, ordansa polis şöbəsinə gətirərək haqqında qanunsuz silahsaxlamaq maddəsilə cinayət işi açırlar.

Ağ evin qarşısı və həndəvəri bu cür kuryez hadisələrlə tez-tez gündəməgəlir.

Ağ ev amerikalıların güvənc və qürur yeridir, onlar burdan durub baxandadünyanın ən ucqar nöqtələrini görür, bütün yer üzünü öz balaca ovuclarınıniçində hiss edirlər. Sevinclərini burda bölüşməyi, hirslərini bura tökməyi,beyinləri yüklənəndə, içləri dolub daşandaburda "stress atıb” yüngülləşməyi sevirlər.

Amerikalılar təkcə dünyanın yox, həm dəöz ölkələrinin sahibi olduqlarına görə güclüdürlər. Təkcə öz vətənlərini öyməyiyox, həm də söyməyi bacardıqlarına görə həqiqi vətənpərvərdirlər.

Pəşov əhvalatının üstündən bir həftəyəyaxın vaxt keçməsinə baxmayaraq xəbərsaytları küçəni mundarlamaqla diqqəti özünə cəlb etmək istəyən hələlik buaxırıncı Ağ ev qəhrəmanının sonrakı taleyi barədə susur və çox güman ki, həminsusqunluq bir daha pozulmayacaq. Çünkipolis ona "ictimai asayişi pozmaq”, "əxlaqsız hərəkətlər etmək”, "müqəddəsyerləri əxlaqsızlıq yuvasına döndərmək” kimi sicilləmə ittihamlar verməyəcək,qanunsuz silah maddəsiylə yüngül çək-çevirdən sonra işi məhkəməyə göndərəcək vəartıq informasiyalıq bir iş qalmayacaq. Ancaq adam istədiyinə nail oldu,ictimai diqqəti özünü və məsələnin mahiyyətindən məlumatı olan hər bir insanınarahat edən mühüm bir məsələyə yönəldə bildi. İndi dünya həqiqətən də onunguya başından çıxartmaq istədiyi, adına "çip” deyilən çox müşgül bir dilemmaqarşısındadır. Əslində, hər bir ciddi texnoloji yeniliyin iki başı, xeyir vəşər tərəfi olduğu üçün onun tətbiqi prosesi bütün dövrlərdə insanlar arasındamüəyyən narahatlıqlar doğurub, təşviş və təlaşa səbəb olub. Burda qəribə vəqeyri-adi heç bir şey yoxdur.

Əvvəlcə bir neçə kəlmə sözü gedən texnolojiyeniliyin mahiyyəti haqqında. Çipləşdirmə insanların və heyvanların dərisininaltına kiçik, buğda dənəsi boyda bir qurğu yerləşdirmək deməkdir. Heyvanlardabu bir növ indiki birkanı, yəni onların pasportunu əvəz edir. Amma birkadanfərqli olaraq, bu balaca elektron qurğuda geniş pasport məlumatlarından tutmuşxəstəlik tarixçəsinə kimi çoxlu informasiyalar yerləşdirmək mümkündür. Üstəlik,çiplər itən heyvanların tapılması procedurunu da asanlaşdırır (kənd yerlərindəbu məqsədlə onların boyunlarına ağır dəmir zınqrov bağlandığını yəqin ki,çoxlarınız görmüsünüz) . Heyvanların çipləşdirilməsi artıq bir çox ölkələrdəqanunvericilik səviyyəsində də həll edilib və proses sürətlə gedir. Heyvanyiyələri buna can-başla razılıq verir, təbii ki, pul da ödəyirlər. Bir çoxməşhur zooparkların sahibləri də öz "eksponatlarını” , xüsusilə onların ənbahalılarını mümkün itkilərdən daha tez sığortalamağa tələsirlər. Bahalıheyvanın çipi də bahalı olur.

Çiplər haqqında hay-küy son dövrlərdəqopmağa başlasa da, əslində onun yaranma tarixi ötən əsrin 80-ci illərinətəsadüf edir. Hətta bir ara bədəndə çip gəzdirmək xüsusi imtiyaz sayılmağa,çipləşmə insanların sosial üstünlüklərinin əlaməti kimi qəbul edilməyə başladı.Məsələn, Braziliyada zəngin adamların arasında özlərini çipləşdirmək kütləvişəkildə dəbə çevrilmişdi. Braziliyalılar çipsiz milyonçuya biz cipi olmayanmilyonçuya baxdığımız sayaq baxırdılar – həqarətlə. Leksikonlarında filankəs "necəmilyonçudur ki, allahdansa, heç adi bir çipi də yoxdur” kimi deyimlər dəyaranmışdı.

Çiplərin təkmilləşməsi, onların yeninövlərinin yaranması prosesi informasiya texnologiyalarının son ononilliklər boyu durmadan artan inkişaf sürətinə uyğun şəkildə getsə də, onlaramünasibət bundan daha böyük sürətlə dəyişir. İndi çipin yuxarıda dediyim buğdadənəsi boyda xırda formasından tutmuş tatuirovkaya, bioçipə qədər ondan çoxnövü var və bu növlərin hər hansı birinin insan bədəninə yerləşdirilməsi əleyhinəetirazlar səngimək bilmir. Hər kəs məsələni öz ideoloji-siyasi baxışlar sistemiçərçivəsində qiymətləndirir və lənətləyir. Dindarlardan ötrü bu, dəccalın(antixrist) gəlişi və axirətlə assosasiya olunur, konspiroloqların gözünə gizligüclərin, güclü əllərin bəşəriyyətə qarşı növbəti və deyəsən, sonuncu sui-qəsdikimi görünür, ezoteristlər, okkultistlər və bu qəbildən olan çoxsaylı "lər”lərüçünsə bəzi məhrəm kodların açarına, dini simvol və rəvayətlərin təntənəsinəçevrilir. Açığı, bir az sonra görəcəyik ki, bu cür ajiotajların qaldırılması,həyəcan təbillərinin çalınması heç də boşuna deyil – narahatlıq üçün həqiqətən cox ciddi səbəblərvar.


Ancaq çipləşmənin bütövlükdə cəmiyyətə,ayrı-ayrılıqda onun hər bir üzvünə böyük faydası da var ki, əsas dilemma daməhz bundadır. Bütün bunlar haqqında uzun-uzadı danışıb əlavə vaxt almaqistəmirəm. Təkcə bir faktı göstərmək istəyirəm ki, insanların çipləşdirilməsitəbabət, bir az da konkret desək, tibbi diaqnostika sahəsində unikal imkanlaryaradır. Çiplər insan bədənində başlayan xəstəlikləri, qanda yaranan qorxuluvirusları ən erkən çağında aşkarlamaq imkanına malikdir ki, bunun da gec üzəçıxanda müalicəsi mümkünsüz olan xərçəng, vərəm və bu kimi bir çox mərəzlərisağaltmaq sahəsində əsl inqilab olduğunu izah eləməyə ehtiyac yoxdur. Üstəlik,çip yalnız diaqnoz qoymur, yeri gələndə müalicə etməyi də bacarır. Məsələn, Second Sight şirkətinin hazırladğı Orion adlı çipin köməyi ilə gözləri tutulmuş adamların görməqabiliyyətini tam və ya qismən bərpa eləmək mümkün olacaq. Bu təcrübə artıqheyvanlar üzərində uğurla sınaqdan keçirilib.

Çiplər təkcə təbabətdə yox, sosialmünasibətlər sistemində də bir çox yeniliklərin tətbiqi üçün geniş imkanlaraçır. Bəzi şirkətlərin ona ciddi önəm verməsinin başlıca səbəblərindən biri dəməhz budur. Artıq Amerika və Qərbin bir çox şirkətləri işçilərini cipləşdirməkniyyətlərini rəsmən açıqlayıblar. ABŞ mətbuatının yazdığına görə Three SquareMarket ticarət şirkəti ölkədə öz işçilərini çipləşdirən ilk şirkət olacaq.Şirkətin başçısı Todd Uestbibunun könüllülük prinsipiyləediləcəyini vurğulayıb və bildirib ki, çip iynəylə işçilərin baş barmağı iləşəhadət barmağının arasına, tam ağrısız formada yerləşdiriləcək. O, şirkətəburaxılış vəsiqəsini, şirkətin ərazisində pul kisəsini əvəz edəcək, digər bukimi funksiyaları yerinə yetirəcək. Gələcəkdə onların köməyilə ərzaqməhsullarının və dərman prepatlarının keyfiyyətini də müəyyənləşdirmək mümkünolacaq.

Ancaq xristian ehkamçıları çipləşdirmənin tibbi və sosialsahədəki üstünlüklərini insanların başını piyləmək, onların fikrini gələcəkmüsibətlərdən yayındırmaq çəhdi sayır və öz fikirlərini "Apokalipsis”əistinadla əsaslandıraraq elə beləcə də deyirlər: Biz çiplərin texnologiyalarıninkişafı və bundan bəşəriyyətin xeyrinəistifadə etmək, insanların həyatını yaxşılaşdırmaq məqsədi iləyaradıldığına inanmırıq. Bunu yaradanlar elə bilirlər ki, cəmiyyətin xeyri üçünçalışırlar, amma ağıllarına da gəlmir ki, dəccal bu çiplərdən öz murdarniyyətlərini gerçəkləşdirmək üçün istifadə edəcək. Dəccal isə artıq yuvasındançıxaraq yavaş-yavaş özünü göstərir. O, yer üzərindəki hakimiyyəti tam qəsbedəndən, özünün 666 nömrəli birkasını hər bir allah bəndəsinin əllərinin üstünəvə ya alınlarına yapışdırandan sonra bəşəriyyətin ağır günləri, əsl məşəqqətibaşlayacaq.

Xristian təəssübkeşlərinin Bibliyapersonajının adıyla Dəccal adlandırdığı çipləşmədən yuxarıda adını çəkdiyimdigər ideoloji klişelərin tərəfdarlarının leksikonunda Bilderberq klubunun,masonların, vahid dünya hökumətinin, bir sözlə, bəşər övladının varlığına qənimkəsilmiş dünya imperializminin hoqqaları kimi bəhs edilir. Onlar ABŞ müdafiənazirinin keçmiş müavini və Dünya Bankının keçmiş prezidenti (yeri gəlmişkən,bu posta seçiləndən cəmi iki il sonra, 2007-ci ildə öz məşuqəsinə qəyyumluqedib haqq etmədiyi vəzifəyə irəli çəkdiyi üçün işçilərin etimadını itirib vəistefaya getməyə məcbur olub) Pol Vulfoviçin aşağıdakı sözlərini tez-teztirajlamağı çox sevirlər: "Həqiqət bundan ibarətdir ki, xoşumuza gəlibgəlməməyindən asılı olmayaraq, 2030-cu ilə kimi biz vahid dünya dövlətininmövcudluğunun şahidi olacağıq. Bu, könüllü, yoxsa məcburi qaydada olacaq – indisual yalnız bundan ibarətdir”.

Bu gün konspiroloqların yuxusuna haramqatmış bu vahid dünya hökuməti söz-söhbəti özünü ingilis kəşfiyyatının keçmişəməkdaşı adlandıran Amerikalı publisist Con Koulman adlı birisinin hələ ötənəsrin 90-cı illərində çapdan çıxmış "Komitə 300” adlı qalmaqllı kitabındansonra xeyli aktuallaşmışdı. C.Koulman yazdığına görə vahid dünya hökumətininəsas məqsədi xalqların suverenliyini, milli varlığını yox etmək, onların özmüqəddəratlarını həll etmək hüququnu əlindən almaq, dünya əhalisinin sayınımüəyyən həddə qədər azaltmaq, siyasi və iqtisadi xaos yaratmaq, elmi-tədqiqatişlərini, təhsili məhdudlaşdırmaq və ciddi nəzarət altına almaq, narkotik vəpornoqrafiyanı leqallaşdırmaq, xüsusi texniki vasitələrin köməyilə hər birinsanın hərəkətlərini ciddi nəzarət altında saxlamaqla onun şüurunu idarə etməkdənibarətdir ki, burda bizi maraqlandıran cəhət də məhz bu sonuncudur. Çünkiçipləşmənin tibbi-sosial üstünlüklərinin yalnız gözdən pərdə asamaq üçün ortayaatıldığını vurğulayan, əsas niyyətlərinin insanlar üzərində total nəzarətinhəyata keçirilməsi, onların hər addımının izlənilməsi, hətta beyinlərində nətutduqlarının müəyyənləşdirilməsi olan güc sahiblərini yamanlayan, onlarıbəşəriyyətə qarşı misli görünməmiş sui-qəsddə ittiham edən dini-mistik vəmillətçi-vətənpərvər kəsimin nümayəndələri də əsasən həmin bu sonuncudanyapışırlar. İnsafən, etiraf etmək lazımdır ki, xeyli haqlı görünürlər.


Problemin sadə formulu belədir: alimlərnövbəti kəşfə, insanların, elə heyvanların da həyatında xeyli müsbətdəyişikliklərə gətirib çıxardacaq mühüm bir yeniliyə imza atıb, amma bu yenilikbaşqa fəsadlara da yol açır, bu yenilik ayrılıqda hər bir insanı, bütövlükdəsəbütün bəşəriyyəti qarşısıalınmaz bəlalara düçar edə bilər. Hər bir yeniliyinmüsbət tərəfi olduğu kimi mənfi cəhəti də var. Üstəlik, hər şeyə qulp qoymaqkimi anadangəlmə bir vərdişi olan Adəm övladı istənilən yeniliyin həyatınagətirdiyi rahatlığın eyforiyasından qurtulub özünə gələndən, ona öyrəşəndənsonra "bu işin” arxasında nəsə bir pis niyyətin dayanması, məsələnin bətnindəbir qurğu, badalaq olması barədə mistik düşüncələrə dalmağa meyillidir. Buyerdə kiçik bir haşıyə çıxmaq istəyirəm. Vaxtilə İtaliya modeli olan "Jiquli”maşınları sovet avtomagistrallarında peyda olandan sonra avtmobilin sürətimkanları ilə yolların vəziyyətinin uyğunsuzluğu, eləcə də intizamsızlıqsindromundan əziyyət çəkən sürücülərin bolluğu şəraitində ölkədə avtomobilqəzalarının sayı sürətlə artmağa başladı. Mən bunun "Haqqın yolundan dönən birtopluma qarşı göndərilən Allah bəlası” kimi dini, "şeytan əməli” kimi mistik,"mənfur kapitalistlərin sovet adamını məhv etmək planları” kimi poliolojiyozumlarının şəxsən şahidi olmuşam.

"Jiquli” məsələsi öz yerində, ancaqçipləşmə ilə bağlı Avropa Birliyinin "Elmdə və yeni texnologiyalarda etika”adlı bir qurumunun hələ 2005-ci ildə qəbul etdiyi bir sənəddə yer almışfikirlərdən də aydın olur ki, artıq proses qarşısıalınmaz məcraya girib vəgeriyə dönüş mümkün deyil. Həmin sənəddə birmənalı şəkildə qeyd olunur ki,çağdaş cəmiyyət insanların mahiyyətinin dəyişdirilməsi zərurəti qarşısındadır.Tərəqqinin bu yeni mərhələsində müxtəlif elektron qurğular, çiplər, smartmarkalarınköməyilə insanların hərəkəti, davranışı o qədər dəyişəcək ki, adamlar az qala "şəbəkə-şəxsiyyətə”çevriləcəklər. Daim alıb-ötürdükləri siqnallar onların izlənməsinə şəraityaradacaq. Bununla da insan ləyaqəti haqqında anlayışın özü dəyişəcək.Cəmiyyətin bu yeni transformasiyası prosesində şəxsiyyətin bəzi təbiihüquqlarının pozulması qaçılmaz olacaqdır ki, bu da onun konstitusiyon hüquq vəazadlıqlarını o qədər də azaltmır.Mötəbər qurumun bu mövqeyindən də aydın olur ki, indiyə kimiinsanabənzər robotlar yaratmaqla ad çıxartmış insanın özü artıq robotabənzərinsan olmaq ərəfəsindədir və bununla barışmaq lazımdır. Üstəlik, onu da əlavəedək ki, çiplər vasitəsilə adamların emosiyalarını da idarə etmək imkanıyaranacaq, yeri gələndə insanı harınlamış heyvana və ya mağmın yelbeyinə, xalqıquduz kütləyə və ya amorf bir topluma çevirmək mümkün olacaq.

Elmin bu növbəti nailiyyəti təbii ki,birinci növbədə dünyanı öz siyasi ambisiyalarının alətinə çevirmək istəyəndairələrinin – güc, kəşfiyyat strukturlarıın iştahını artırıb. İndi onlarkimlərisə öz agentura şəbəkəsinə qatmaq əziyyətinə qatlaşmayacaqlar, hər bir insan heç bir coğrafi və milli sərhədtanınmayan bu şəbəkəyə qoşulacaq. Hələlikçipləşdirmə üçün adamın öz razılığı tələb edildiyinə görə bundan ötrü müxtəlifşirnikləndirici təkliflərdən istifadə olunur. Amma gələcəkdə, yəni çipin hərhansı vaksin formasında insan bədəninə yerləşdirilməsi mümkün olandan sonra (busahədə də artıq ilkin elmi nəticələr əldə olunub) bu cür şirnikləndirmələrə dəehtiyac qalmayacaq.

İndi əsas sual budur: insanlarıntibbi-sosial problemlərinin həlli yolunda geniş imkanlar açan bu yenilikdən eləinsanların öz mənafeləri naminə imtina edilsinmi və imtina edilirsə, necəedilsin? Axı, yuxarıda adını çəkdiyim vahid dünya hökuməti ətrafında nə qədərçox hay-küy qaldırılsa da, bu məsələ hələ ki, xülya olaraq qalır və əsrlər boyuelə xülya olaraq da qalacaq. Dünya indi vahidliyə doğru getmir, dünya getdikcədaha çox əks güclərin ölüm-dirim meydanına çevrilir. Çipləşmə isə mahiyyətcədaha çox bu meydandakı oyunçuların öz maraqlarına ziddir. Çipləşmənin ardıncaçip hakerləri peyda olanda artıq siyasi və hərbi böhran dövrünün "hamınınhamıya qarşı müharibəsi” məşhur formulu informasiya texnologiyaları erasının"hamının hamını izləməsi” formulu ilə əvəzlənəcək və həmin oyunçuların özünü dəsüpürüb harasa vasil edəcək. Apokalipsis bəlkə elə bu imiş, bilmirəm.

Amma bu, apokalipsis olsa da, axirət olabilməz. Çünki iş-gücü yalnız sərvət ixrac edib, ağıl idxal eləməkdən ibarətolan, arabir əsnəməsi tutanda gözlərini açıb bütün bəlalarında Qərbi ittihameləyən mürgülü Şərq bu prosesin fərqində deyil. Belə şeylər Şərqi narahateləmir. Niyə də eləsin ki? Coc Oruelin təbirincə desək, şərqlilər elə həmişə"Böyük qardaşın sərt baxışları” altında yaşamağa vərdiş ediblər, odur ki, beləbaxanda, Şərqin heç sirri-zadı da yoxdur.