adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Oktyabr 2014 15:58
79623
MODA

“Ağ atlı şahzadə” varmış...

Hər bir gəncqadının səbirsizliklə yolunu gözlədiyi "Ağ atlı şahzadə” bəzən bu gözləntiləriboşa çıxarsa da, gəlib mənzil başına çıxdığı da olurmuş. Belə ki, keçmişmodellərdən olan 29 yaşlı Sofiya Helkvist isveç şahzadəsinin qəlbinə girməyi bacarıb. 35 yaşlı şahzadə Karl Filipp kralın yeganə oğludur. Hazırda yoqa mütəxəssisi olan Sofiya növbətimərhələ olaraq isə münasibətlərini rəsmiləşdirməyə hazırlaşır. 

Rusiya mətbuatıcütlüyün toyunun 2015-ci ilin yayında olacağını yazır. Üstəlik, toy mərasimiStokholmdakı kral sarayında, təntənəli şəkildə baş tutacaq.  

O da bildirilir ki, kral ailəsi bu gəlini istəmirmiş. Çünki Sofiya model kimi çalışdığı vaxtlarda kişi jurnalları üçün çılpaq şəkillər çəkdirirdi. Axı "yazıq" qız hardan biləydi ki, 5 ildən sonra şahzadəyə ərə gedəcək?!