adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Fevral 2018 15:54
17720
DÜNYA

Afrində 2 kənd terrorçulardan azad edildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) "Zeytun budağı” əməliyyatı çərçivəsində, Afrinin Eşkan və Cukali Favkani kəndlərini terrorçulardan təmizləyib.

Adalet.az-ın məlumatına görə, bu barədə "Anadolu” agentliyi xəbər yayıb.

Bununla da TSQ və əməliyyata dəstək verən ASO "Zeytun budağı” əməliyyatı çərçivəsində azad etdikləri məntəqlərin sayını 45-ə çatdırıb.