ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Bu barədə Adalet.az-a ADY-dən bildirilib.
Məlumata əsasən, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət edilir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.
Aramsız külək və yağışın qatarların görünmə məsafəsini və səsinin eşidilməsini məhdudlaşdıra biləcəyini nəzərə alaraq sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.
Digər Xəbərlər
06 Aprel 2026 11:20
Azərbaycanda bu şəxslər eyni maaş alacaq - Yeni tələb
06 Aprel 2026 09:46
Kommunal xidmətlər səfərbər oldu: İntensiv yağışların fəsadları aradan qaldırılır - FOTOLAR
05 Aprel 2026 20:27
Keşlə qəsəbəsində qəzaya səbəb olan evin sökülməsinə BAŞLANILDI - VİDEO
05 Aprel 2026 10:12


Bakı -°C

