adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Iyul 2016 12:54
12123
ELM VƏ TƏHSİL

ADU-nun dekanı Beynəlxalq Forumda mühazirə ilə çıxış edib

İyulun 26-da Azərbaycan Dillər UniversitetininRegionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent AnarNağıyev Norveçin Oslo Universitetinin Beynəlxalq Yay məktəbi çərçivəsində təşkiledilmiş Beynəlxalq Forumda mühazirə ilə çıxış edib.

"Cənubi Qafqaz regionunda münaqişələr və təhlükəsizlik: region nə üçün xüsusi əhəmiyyətlidir”mövzusunda təşkil edilmiş mühazirədə Cənubi Qafqaz regoinunda baş verən silahlımünaqişələr və işğal faktı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişinolmaması (BMT qətnamələri və ATƏT-nin missiyasının uğursuzluğu), böyük dövlətlərinregiona olan marağı və geosiyasi durumunun əhəmiyyəti, Xəzər dənizi və enerjisiyasəti, eləcə də regionun gələcək inkişaf perspektivləri və təhlükəpotensialları haqqında fikir mübadiləsi aparılıb.

Mühazirə zamanı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətin,beynəlxalq missiyaların, Azərbaycanın multikultural ənənləri, Cənubi Osetiya,2008-ci il Gürcüstan-Rusiya müharibəsi kimi məsələlər ətrafında müzakirələrapaırılıb. Mühzairədə Azərbaycan, Gürcüstan, Ukrayna, Norveç, Xorvatiya, Konqo,Nigeriya, Pakistan, ABŞ, Rusiya, Bosniya və Hersoqovina, Nepal, Ermənistandanolan iştirakçılar iştirak edirdi.

Sonda,Oslo Universiteti yay məkətbinin direktoru və Oslo Sülh Araşdırmaları İnstitutununəməkdaşı E. Vannebo Cənubi Qaqfazda silahlı münaqişələr və təhlükəsizlik, eləcədə region ətrafında baş verən geosiyasi yerdəyişmələr və onların yaratdığı təsirlərhaqqında dolğun mühazirə və müzakirələr təşkil etdiyi üçün Anar Nağıyevə təşəkküretdi.