adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2019 16:13
17242
ELM VƏ TƏHSİL

ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) "MultikulturalNovruz bayramı” tədbiri keçirilib.

Universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığıilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyətgöstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib.

ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onlarıbayram tədbirində görməkdən məmnun olduğunu deyib:

"Bu gün Azərbaycanın milli bayramıdır. Bu bayramı biz əsrlərin uzaqnöqtələrindən bugünə qədər gətirə bilmişik. Novruz təbiətin canlanması, yazıngəlişi deməkdir. Novruz insanların əhval-ruhiyyəsinin təzələnməsi, gəncləşməsideməkdir. Biz Novruz bayramını Azərbaycanın ən müxtəlif yerlərində - Şuşada,Laçında, Gəncədə, Naxçıvanda, Lənkəranda, Astarada, Qusarda, Xaçmazda - bütünAzərbaycan vilayətlərində, məskənlərində illər, əsrlər boyu qeyd etmişik və özdostlarımızı da yanımızda görmüşük. Bu gün Azərbaycanın dostları onun yanındadır.Bu gün bizim universitetimizdə həqiqətən də multikultural əhval-ruhiyyə hökmsürür, müxtəlif xalqlar, mədəniyyətlər görüşür”.

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavuniversitetdə multikultural tədbirin təşkil olunmasında əməyi keçən hər kəsətəşəkkürünü bildirib: "Məlum olduğu kimi Azərbaycan Dillər Universitetində birçox mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərin hər biri bir mədəniyyəti əksetdirir. Bu baxımdan, bu, gözəl təşəbbüsdür. Novruz bayramı ən gözəl bayramlardanbiri sayılır. Burada iştirakım mənim üçün böyük fəxrdir”.


Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sexio PeresGunela Azərbaycanın multikultural ölkə olduğunu deyib. Diplomat qeyd edibki,Azərbaycan Dillər Universitetində ispan dili yüksək səviyyədəöyrənilir: "Bu, mənim Azərbaycanda səfirlik fəaliyyətimdə ilk çıxışımdır.Bundan sonra da universitetin təklif etdiyi bütün tədbirlərdə iştirak edəcəyəm.Çünki görürəm ki, ispan dili universitetdə yüksək səviyyədə təbliğ olunur.Əlbəttə, bu da bizim aramızdakı əlaqələrin inkişafında mühüm rol oynayır. Bizdə bu yolla öz xalqımızı yaxşı təmsil edə bilərik”.

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəyFənani "Multikultural Novruz bayramı” mərasiminin təşkilini yüksək qiymətləndirib.O, Azərbaycan Dillər Universitetinin ölkənin ən tanınmış universitetlərindənbiri olduğunu vurğulayıb, Azərbaycanın gənc nəslinin dünyanın bütün ölkələri ilədostluq əlaqələri qurmasının vacibliyinə diqqət çəkib.

Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriKristofer Martinez tədbirdə müxtəlif xalqların uğurla təmsil olunduğunubildirib. Səfir əlavə edib ki, dil vasitəsilə biz özümüzü ifadə edir, dünyadaəlaqələr qururuq: "Aydın görünür ki, tələbələr təmsil etdikləri dili çox yüksəksəviyyədə nümayiş etdirirlər. Mənim üçün Azərbycanda Novruz bayramını qeydetmək böyük şərəfdir. Biz burada mədəniyyətləri bölüşürük. Mədəniyyət və dilbizi qardaş ölkələr olaraq birləşdirir”.

Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo FidelNieves Novruzu mədəniyyətləri bir-birinə bağlayan bayram kim dəyərləndirib.

ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri MişelPeterson, Yaponiyanın ölkəmizdəki səfirinin müavini, Mədəniyyət və təhsilişləri üzrə şöbə müdiri Usui Takaaki, Fransanın ölkəmizdəki səfirliyinin başməsləhətçisi Dominik Janti, Meksika səfirinin müavini Alberta Aura Qonzales,Norveçin ölkəmizdəki müvəqqəti işlər vəkili Olav Nils Thue, İspaniyanınmüvəqqəti işlər vəkili İgnacio Sanchez Taboad, Çin Xalq Respublikasısəfirliyinin əməkdaşı Van Cuenqan, Kosta Rikanın müvəqqəti işlər vəkili XairoLopez Bolanos Azərbaycanın zəngin mədəniyyətə sahib olmaqla multikulturalizməböyük töhfələr verdiyini bildiriblər. Qonaqlar müxtəlif ölkələrinadət-ənənələrinin nümayiş olunduğu tədbirin təşkilinə görə Azərbaycan DillərUniversitetinin rəhbərliyinə təşəkkürlərini bildirib, bayram münasibətilə hərkəsə sülh, firavanlıq və xoşbəxtlik arzu ediblər.

Tədbirdə universitetin tələbələri müxtəlif ölkələrə məxsus millirəqsləri uğurla ifa edib, mahnılar oxuyublar.

Təntənəli mərasimin sonunda qonaqlar Novruz süfrəsinin təamlarınıdadıblar.