ADU-da kitab sərgisi açılıb
Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkilatçılığı ilə iki günlük kitab sərgisi açılıb.
Adalet.az xəbər verir ki, ilk dəfə ADU-da təşkil edilən bu sərgidə U.S.Moemin "Seçilmiş əsərləri”, V.İvanov Taqanskinin "Zəfər və ilğım”, A.Millerin "7 pyes”, A.B.Kasaresin "Morelin ixtirası”, Çe Gevaranın "Boliviya gündəliyi”, S.Ağaoğlunun "Atamın dostları”, S.Budaqlının "Yolüstü söhbət” kitabları da daxil olmaqla 20-dən çox müəllifin əsərləri nümayiş olunur.
Qeyd edək ki, sərginin keçirilməsində məqsəd gənclərin dünyagörüşünün formalaşdırılması, ədəbiyyata və mütaliəyə marağının artırılmasıdır.
Digər Xəbərlər
26 Aprel 2024 11:23
Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK
26 Aprel 2024 09:3536 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
25 Aprel 2024 17:36