ADU-da Beynəlxalq Rus dili gününə həsr olunmuş dəyirmi masa keçirildi
Azərbaycan Dillər Universitetində (ADU) Rusiyaşünaslıq Elmi Tədqiqat Laboratoriyasının (ETL) təşkilatçılığı ilə 6 iyun Beynəlxalq Rus dili gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Rusiyaşünaslıq ETL-nin müdiri Məmməd Əliyev Beynəlxalq Rus dili gününün rus şairi, dramaturq və nasiri A.Puşkinin anadan olması münasibətilə yarandığını qeyd edib. M.Əliyev rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti haqqında danışıb. O, bildirib ki, laboratoriyada rus dili, Rusiya mədəniyyəti, tarixi, etnoqrafiyası, incəsənəti, psixologiyası və digər amillərin təbliğinə böyük önəm verilir.
Daha sonra çıxış edən ADU-nun Elmi məsələlər üzrə müşaviri professor Seyfəl Hüseynov rus şairi A.Puşkinin yaradıcılığı haqqında geniş məlumat verib. O, Rusiyaşünaslıq ETL-nin rus dili və mədəniyyətinin təbliğində təqdirəlayiq fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycanda "Rossotrudnicestvo”nun nümayəndəsi Aleksandr Kalamin, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İbrahim İbrahimov, həmçinin ADU-nun Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi dosent Zülfinaz Babaşova Beynəlxalq Rus dili gününün tarixi, rus dilinin beynəlxalq səviyyədə əhəmiyyəti, dilin təkamül mərhələsi və hazırki vəziyyəti haqqında danışıblar. Dəyirmi masa müzakirələrlə yekunlaşıb.
Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12