adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Fevral 2018 12:07
19440
MƏMLƏKƏT

“ADSIZ QADIN” TÜRKİYƏDƏ XOCALI SOYQIRIMINI ANLADIR

Azərbaycanda müharibə ədəbiyyatını olmadığıniddia edənlər var. Lakin bunu idda edənlər gözləri önündə olan əsərləri görmürlərvə ya görmək istəmirlər. Qarabağ müharibəsi başlanandan bu günədək xeyli əsərlər yazılmış, hətta tamaşaya daqoyulmuşdur. 2001-ci ildə dramaturq Aygün Həsənoğlu tərəfindənyazılmış "Adsız qadın” əsəri Elçin İmanovun quruluşunda 2016-cı dekabr ayındaİstanbulda səhnəyə çıxmışdır. İstanbul Azərbaycan Teatrının hazırladığı "Adsızqadın” tamaşası Türkiyəli tamaşaçılar tərəfindən hərarətlə qarşılanmış, indiyəqədər bütün tamaşalar anşlaqla keçmişdir.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış"Xocalıya ədalət” kampaniyası çərçivəsində Türkiyənin istanbul şəhərində və digərbölgələrdə göstərilməsi planlaşdırılan tamaşanın 2018-ci ildəki ilk nümayişiMilki qəhrəman Mübarizim İbrahimovun doğum gününə həsr olunmuşdur. KüçükçəkməcəBələdiyyəsinin mədəni-kütləvi tədbirləri proqramı çərçivəsində 7 fevraldanümayiş etdirilmiş tamaşanı 400-ə qədərtamaşaçı böyük maraqla izləmişdir. KəmaləCabbarovanın məharətlə yaratdığı Xocalı qadını obrazı tamaşaçılar tərəfindənheyranlıqla və alqışlarla qarşılanmışdır. Bir tamaşada övladının toyunahazırlaşan ana, həm qaynana, həm qonşu qadın. Həm girov qadın, həm ruh xəstəsinəçevrilmiş zərərçəkən qadın, sonda şahid və nəhayət, öz haqqını almaq üçünmübarizəyə atılan qadın obrazlarını bir taçaşa ərzində uğurla birləşdirməyi vətəqdim etməyi bacaran Kəmalə Cabbarova sanki1992-ci ilin o dəhşətli soyqırım günündən bu günədək yalnız qadınların deyil,bütün Azərbaycan xalqının və insanlığın yaşantılarını həm nümayiş etdirməyi, həmtamaşaçılara yaşatmağı bacarır. Səhnədən səhnəyə həyəcanı və çalarları artanobrazı müxtəlif vəziyyətlərini, həm psixolioji, həm də fiziki zərbələrini üzündə,baxışalrında əks etdirə bilməsi Kəmalə Cabbarovanın aktyor ampulasında yeni rəngləriüz çıxarır və onun dramatik, psixoloji obrazlarıteatr səhnəsində yaratmaq,yetişdirmək bacarığını göz önündə açır. Səhnədən səhnəyə səsi, baxışı, yerişi dəyişən,xoşbəxtlikdən faciəyə gedən yolu anbaan yaşayan və yaşatmağı bacaran KəmaləCabbarova xüsusilə o dəhşətləri xatirlayarkən elə canlı görünür ki, salondaoturan hər kəs özünü o mühitdə, o dəhşətin içərisində hiss edir. Onu anlayır,onunla birikdə həyəcan keçirir, kədərlənir.Bu tamaşanı Kəmalə Cabbarovanın səhnə yaradıcılığının zirvəsi hesab etməkolar.

Rejissor Elçin İmanovun çox məhdud imkanlarlatəqdim etdiyi quruluş quruluş Türkiyətamaşaçılarında, hətta indiyədək tamaşanı izləmiş tetr adamlarında böyük maraq oyatdı. Teleteatr şəklində hazırlanmıştamaşada kinokadrla canlı səhnə younu bir-birinə ustalıqla birləşdirilmiş, nəticədəkino ilə teatr sintezi uğurlu alınmışdır. Qadının xatirələri kinokadrla göstərilir.Çünki yaşanmış hadisələr 2000-ci illərdə artıq sanki dəhşətli bir kino kimixatırlanır. Amma onlar canlıdır, çünki şahidi var, onları yaşayan insanlararamızdadır. Kadrlarda sadə bir kənd həyatı görürük. Bu anda görüntü birləşir.Səhnədəki görüntünü kinokadr, kinokadrdakı görüntünü səhnə tamamlayır. Çünki həyatöz axarı ilə davam edir, hələ yer yerindən oynamamış, hələ dünyanun oxu tərsinəfırlanmamış, hələ bu insanlar normal, ümid dolu həyatlarını yaşayırlar. Lakinbir anda görüntülər də, hadisələr də, həyat da dəyişir. İşğalçılar bütünarzulara son atəşlə son qiyurlar. O atəş əvvəlcə ailə başçısını öldürür, sonraananın qızını, sonra oğlunu öldürür. Ana girovluğun dəhşətlərini yaşayır. Onungözləri önündə oöluna işgəncə verirlər. Oölu işgəncələrdən həyatını itirir.Aölını itirən ana buna sevinir, qol açıb oynayır, çünki onu soyundurmuşdular,oölu onun çılpaq halını görməməmişdir. Oöul onun bu halını görməmək üçün gözləriniaçmmammış, ona görə dişgəncə ilə öldürülmşüdür. Kəmalə xanım bu səhnəni həqiqətəndə insan qılbiunə toxunan, onu sarsıdan bir duyöu ilə oynayır. Bütün bu səhnələrisə rejissor tərəfindən ustalıqla bir-birinin arxasınca düzülmüşdür. Qeyd etməklazımdır ki, əslində əsər monopyes kimi yazılmışdır. Əsərdə digər obrazlaryalnız kölgə-xəyal kimi iştirak edirlər. Lakin Elçin İmanov o kölgələricanlandıraraq səhnəyə gətirir. Tamaşaya obrazlar əlavə edir. Bu həm baş roluoynayan aktyora köməkdir, həm də oyunun rəngarəngliyini təmin edir. Ananin qızırolunda səhnəyə çıxmış Tükriyəli aktyor Nihal Ərdəm Yolagəlməzin səhnədəki qısaoyunu özünün canlılığı, təbiiliyi və şiirinliyi ilə yadda qalır. Aktyor xanımtoyuna hazırlaşan, buna görə də hər an xoşbəxtcəsinə gülümsəyən qızı, atamaşadaçox dialoqu olmamasına baxmayaraq, diqqətçəkən bir ampulada təqdim etməyibacarır. Öz gəllinlik donuna sonsuz sevinc və sevgi ilə baxan qızın baxışlarıxoşbəxt gələcəyə ümidlə bərabər ailə qurmasına sevinən bir gənc qızın xoşbəxtliyininsimvoluna çevrilə bilir. O, bu xoşbəxt sevinci ilə də səhnədən yox olur, çünkimüharibə xoşbəxtliyinə son qoyur.

Tamaşa boyu ananın əlində bir bələk var. Uşaqhesab etdiyiniz bu bələk sonda açılır və onu içərisindən silah çıxır. əlbəttə,bu, əsl silah deyil, lakin onun görüntüsüdür bütün tamaşa kimi. Lakin o görüntübir ümiddir. Ana erməni girovluundan geri alındıqdan sonra ruhi xəstəxanayadüşmüşdür və orada bu bələyi daim əzizləmişqucağında gəzdirmişdir. Lakin o, əslində bir silahdır. Ananın bütünyaşadıqlarını intiqamını alacaq, torpaqlarını geri qaytaracaq bir silah... Anamübarizəyə çağırır, lakin bu mübarizəyə öncə özü atılır. O, dünya ədalətiniyerinə gətirmək üçün mübarizəyə atılır, çünki "Bu dünyanın üzünə qan Xocalıdaçilənmişdir.”

Tamaşanın sonunda öz haqqını almaöa gedənqadının arxasınca torpağın titrəyərək yuxarı qalxması və dağlara çevrilərəkananın arxasınca torpağın da sanki öz haqqını almağıa getməsi son dərəcə həyəcanlandırıcıvə heyrətləndiridirici bir rejissor tapıntısıdır.

Xocalı soyqırımının dəhşətləri Qarabağ müharibəsininədəbi salnaməsini yazmış və yazmaqda davam edən Aygün Həsənoğlunun qələmindən, Elçinİmanovun quruluşundan, Kəmalə Cabbarovanın oyunundan keçərək İstanbultamaşaçısına 7 fevral günü çatdırıldı. Bütün tamaşaçılar "Anaların ürəyində partlayangüllələri” öz ürəklərində hiss etdilər. Tamaşa bitəndən sonra əksəriyyəti gənclərdənibrət olan tamaşaçıların üzlərində də bunu hiss etmək mümkün idi. Bu isə,müharibə və soyqırım mövzusunu dramaturgiyaya və səhnəyə gətirmək kimi cəsarətli,amma ağır bir yükü üzərinə almış müəllifin, bu cür ağır tamaşanı ən imkansız şəraitdə,həta məşq üçün səhnə də tapmadan hazırlamağa özündə mənəvi güc tapa bilmişrejissorun, bütün bu dəhşətləri hər tamaşada yaşayan və yaşadan baş rolifaşısının uğuru idi.

Tamaşadan sonra ermənilər tərəfindən 871 vətəndaşımızınəsir və girov alındığı və geri verilmdiyi, bu geri verilməyən vətənaşlarımızdan 99-nun qadın olduğu barədədə məlumat verildi. Tamaşa bu dəfə İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsilvə Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Küçükçəkməcə Bələdiyyəsinin mədəniyyətproqramı çərçivəsində bələdiyyənin ən böyük teatr salonunda göstərilmişdir. Feralayında "Adsız qadın” tamaşası Türkiyədə müxtəlif səhnələrdə tamaşaçılara təqdimediləcəkdir.