adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2020 15:02
64854
ƏDƏBİYYAT

Adil Şirin - 65

Ondada mən olmaram, -

DeyərlərAdil hanı?..

ADÜNYA

Cavanlıqdaməclislərdə tost dedim,

İnsanlaraqardaş dedim, dost dedim.

Şeiryazdım, dərd üyütdüm, qəm yedim,

Gənclikbitdi, dostlar getdi, a dünya.

Dünyadondu, mən çeşmə tək çağladım,

Cihaddedim misir qılınc bağladım.

Ölənöldü, qalan qaldı-ağladım,

Kimdeyir ki, cihad bitdi, a dünya.

Mənimqəlbim uca dağ şəlaləsi,

Mənimruhum göydə Ayın haləsi.

Qeybdəngəlir mələklərin xoş səsi,

Fələkmənə zülm etdi, a dünya.

Dağbaşında o gördüyün dağ qala,

Mənhördüyüm, sən hördüyün daş qala...

Bizotları çapıb getdik dördnala,

Dağlardaizimiz itdi, a dünya.

***

Çıxmadıdostların çoxu sınaqdan,

Sürtükizlər çay daşı kimi.

Mənicəlb edənlər bir vaxt uzaqdan,

Düşdügözlərimdən göz yaşı kimi.

Açdımürəyimi doğmaya, yada

Həqiqətnaminə yolları yordum.

Zamanatlı oldu, mənsə piyada,

Ömrümükül edib göyə sovurdum.

MƏNHARDAYAM

Fələk bağladığı qapı,

Açılarmıbir də görən.

Çarəsizqalmışam, Allah,

Dərmanvarmı - dərdə görən?

Həsrətinəsarılmışam,

Yarpaqkimi saralmışam.

Gözləməkdənyorulmuşam,

Göydəyəmmi,yerdə görən.

Birürəkdən-arzu dolu,

Birbulaqdan - sevgi yolun.

Birbudaqdım - sındı qolum

Tufandayam,qarda görən.

Məzardayam,məhbəsdəyəm?..

Tordayam,ya qəfəsdəyəm?..

Xəstəyəm- son nəfəsdəyəm

Ağlarməni burda görən.

Biryerdəyəm sular axmaz,

Yağışyağmaz, şimşək çaxmaz.

Ayboylanmaz, Günəş çıxmaz

Mənhardayam, harda görən.

NEYLƏYİM

Bugün sənin ad günündür, əzizim,

Yolumbağlı gələmmirəm neyləyim.

Gözlərindəgilələnər göz yaşın,

Əlimçatmır, siləmmirəm neyləyim.

Könlümdualarla ovunmur daha.

Mələkgöyə çəkir, fələk günaha.

Ölümçox ucuzdur, torpaq çox baha

Gücümçatmır öləmmirəm neyləyim.

İtirmişəmgünün, ayın vaxtını,

Yazıyazan necə yazdın baxtımı?

Tufanqopdu şimşək vurdu taxtımı,

İstəsəmdə güləmmirəm neyləyim.

Cavanlığımuçdu getdi əlimdən,

Qaçqınoldum, köçkün oldum elimdən.

Məhbəslərdəayrı düşdüm gülümdən

İndidaha biləmmirəm neyləyim.

Adil,yenə coşar təbin, ilhamın

Kimsöndürər haqdan yanan bir şamı?

Həsrətinləqarşılaram axşamı,

Tənhalıqda qalammıram neyləyim.

QƏFƏS

Yaşayıram dörd divarın içində,

Bu dünya bir qəfəs imiş sən demə.

Bu həyatda aldığım hər bir nəfəs

Bilməmişəm, son nəfəsmiş səndemə.

Arzularım, ümidlərim puç oldu,

Məhbəslərdə sındı qolum,qanadım.

Görəmmədim qohum toyu, dosttoyu

Fələk mənlə yaman oyun oynadı.

Dağ əriyir külə dönür ahımdan,

Allah, görən niyə belədoğuldum.

Gəlmişəmmi, görmüşəmmi... budünya

Bir röyaymış - röyalarda yoxoldum.

Ruhum canda, canım zindandadustaq

İndi bildim həyat, ölümyuxuymuş.

Dünya özü bir qəfəsmiş, bir qəfəs

Azad insan, azad ömür yoxuymuş.

YADIMA DÜŞÜRSƏN

Dərdinlə tək qoydum səni,

Unut, qəlbindən at məni.

Ömür gödək, dünya fani

Yaman yadıma düşürsən.

Uzun, incə barmaqların,

O titrəyən dodaqların

gülü solmuş yanaqların -

Getməz gözümün önündən,

Yaman yadıma düşürsən.

Tale dönük, mən bir naşı,

ötüb keçdi gənclik yaşım.

Gül bitirdi gözün yaşı

Yaman yadıma düşürsən.

Ötdü illər bir səs kimi,

Arzu kimi, həvəs kimi.

Hər aldığım nəfəs kimi,

Gülüm, yadıma düşürsən.

Aylar keçər, illər ötər

Bir gün ömrüm sona yetər.

Allah, görən bu dünyada

Dərd varmı hicrandan betər.

Həsrətindən qəlbim yanır,

O sənli günlərim hanı?

Könlümün şahı, sultanı

hər an yadıma düşürsən,

Yaman yadıma düşürsən.

NƏ YAŞAMAĞA HƏVƏS, NƏ ÖLMƏYƏGÜCÜM VAR

Nəydi günahım, Allah,

bunca əzabın yetər.

Məhbus qəfəs içində

qəlbim nəğmələr ötər.

Bu nə ömür, nə gündü

taleyimə yazıldı.

Yollarımın üstündə,

kor quyular qazıldı.

Çırpınır qəlbim yenə,

həsrət, hicran içində.

Tanrım, səndən nə umum

ömrüm köçhaköçündə.

Nə yaşamağa həvəs,

nə ölməyə gücüm var.

Halına yanıb ağla

qayıtmasan bu bahar.

DEYƏRSƏN ADİL HANI

Tənhalıqdan sıxılıb

Saralarsan, solarsan.

Gecə ilə gündüzün,

arasında qalarsan.

Dörd divarın içində,

fikirlər üzər səni.

Təsbeh dənələri tək

bir sapa düzər səni.

Xəyalların karvanı

gecə baş alıb gələr.

Ürəkdəki arzular,

gözdən yaş olub gələr.

Gecələr Ay sirdaşın,

ulduz gözətçi olar.

Xəyalında qurduğun

arzular min-min olar.

Xatirələr dənizi.

alar səni qoynuna.

Özün də mat qalarsan

bu taleyin oyununa.

Ümid göyərçin olub,

bir gün döyər qapını.

Onda da mən olmaram, -

Deyərlər Adil hanı?..

YOLUN AÇIQ OLSUN

Fələyin qəminə düşmüşəm, oğul.

Anandan, bacından muğayat ol sən.

Mən çox qovğalarda bişmişəm,oğul,

Onlara hər zaman qol-qanad ol sən.

Yolun açıq olsun, baxtın dayüyrək,

Qapını taleyə bağlama, oğul.

Mərmi tək partlasa sinəndə ürək,

Ananın yanında ağlama, oğul.

Mənə sirdaş olub göylərdəhilal,

Dərd diddi içimi - mənağlamadım.

Süfrəm açıq olub, çörəyim halal

Fələyin felinə bel bağlamadım.

Yenə də içimdə bir od qalandı,

Rüzgar xəbər verdi halından sənin.

Bədirlənmiş Aydan salamyolladım

Mübarək Ay öpsün alnından sənin.

GƏLSƏN QAPIMI DÖYMƏ

Dörd divar arasında

ulayır yalquzaq külək.

Məzarımı qazın gedim,

görün nə istəyir fələk.

Yay günü mənim yuxuma,

qar düşər, bəyaz qar düşər.

Gəlsən qapımı döymə,

barmaqların üşüyər.

Xəbərim yoxdu bu gün

yaxınımdan, uzağımdan.

Payız yarpağı kimiyəm,

ayrılmışam budağımdan.

Bir quş yuvasında

Buludlar keçdi, durnalar uçdu,

gümüşü göllərdən sonalar uçdu,

güzgülər qırıldı, aynalar uçdu,

qar düşdü dağlara, ağlama, ana.

Qar düşdü dağlara, ağlama, ana,

ağlama, qaralar bağlama, ana,

ötən günlər gəlir ağlıma, ana,

bir quş yuvasında qaldı o günlər.

Bir quş yuvasında qaldı o günlər,

bir aşıq sazında qaldı o günlər,

ömrümün yazında qaldı o günlər,

qar düşdü dağlara, ağlama,ana...

QürbƏt qoşması

Kimdi çapan kəhər atın belində

nədi axan Həkərinin selində?

dağlarımız qaldı yağı əlində -

Ərzurumun gədiyinə varmaram.

Ərzurumun gədiyinə varmaram,

qollarımı yar belinə sarmaram,

ağla, könül ağla, mən tarmaram

vaz keç, aşıq qardaş, halımısorma.

Vaz keç, aşıq qardaş, halımısorma,

burax varıb gedim, yolumdadurma,

sən deyən deyiləm, özünü yorma-

gözümü qan tutub, bir at yəhərlə.

Gözümü qan tutub, bir at yəhərlə,

Bir Qırat yəhərlə, Dürat yəhərlə,

atımın başına üzərlik hərlə,

bir dəli cəngi çal, cəngim varmənim.

BƏdirlƏnmiş ay eşqinƏ

Kölgəsi özündən gözəl şahtutlar,

köpük-köpük, pəmbə-pəmbəbuludlar…

Durnalarla geri dönmür umudlar-

sən dünya dediyin burası deyil…

Rüzgar alnımızdan bir misrasilməz,

sevdalı könüllər bir daha gülməz,

ölüm bir namərddi, dost-düşmənbilməz,

sən dünya dediyin burası deyil…

Bədirlənmiş Ay eşqinə dua eylədim,

bəlkə heç olmamış şeylər dilədim,

bu dünyanın hər üzünə bələdəm -

sən dünya dediyin burası deyil…

Aman, Allah, aman Allah!

Bir ovuc torpaq imiş

şairlərin dünyadan

ən böyük umacağı -

başı bəlalı

Vətən torpağı.

Gözlərisolur, solur,

birgün qara torpaq olur,

əlləri yarpaq olur -

dönür tənha ağac olur şairlər.

Bütün ağaclardan tezyarpaqlayır,

bütün ağaclardan tez çiçəkləyir.

Bütün ağaclardan tez yarpaqtökür -

fələk qərib şairləri təkləyir.

Sonra yenidən nur tək doğulur,

bu da şair taleyinin sonluğu,sonu.

Nur tək doğuldumu şair yenidən

bir daha öldürə bilməzlər onu.

Aman Allah, aman Allah!

Şairlərin bu dünyadan sonumacağı

bir ovuc torpaq imiş,

Vətən torpağı