adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Sentyabr 2014 14:12
9885
GÜNDƏM

Adil Əliyev, tıxac yollarda deyil, beynimizdədi

Saytlarda şəhərimizdəki tıxaclarla bağlı millət vəkili Adil Əliyevinmaraqlı və çox ciddi açıqlamaları yayılıb. Həqiqətən də tıxaclar camaatı boğazayığıb. Nə qədər tədbir görürlərsə də qarşısını almaq mümkün olmur. Qısa birzaman kəsiyində şəhərin müxtəlif səmtlərində dünya standartlarına uyğun birneçə avtomobil dayanacaqları inşa edilib. Amma yenə baxıb görürsən ki,özündənrazılar və ya özündən razı olmayanlar avtomobillərini həmindayanacaqlarda deyil, yasaq bölgələrdə saxlayırlar. Yaxud yolun hər iki səmtindəndayanacaq kimi istifadə edirlər. Nəticədə ən geniş küçələrdə beləavtomobillərin keçidi çətinləşir və sair və ilaxır.

Millət vəkili bir çox məsələlərə aydınlıq gətirib. Yenidən onunfikirlərini təkrar etmək istəmirəm.

Bakıda bir belə yeni yollar çəkilir, küçələr abadlaşdırılır,genişləndirilir, körpülər inşa edilir, yol ötürücüləri tikilir və sair vəilaxır, amma yenə tıxac.

Hörmətli millət vəkili, Bakıda hər bir küçənin üstündən yeni birkörpü-küçə salsaq da biz bu tıxaclardanxilas ola bilməyəcəyik. Çünki tıxaclara səbəb nə yollardı, nə də avtomobillərinsayının çoxluğu.

Dostum, tıxac bizim beynimizdədi. Nə qədər ki, beynimizdən o tıxacıçıxara bilmirik, elə tıxaclarda can verəcəyik, tıxaclarda doğacağıq, tıxaclardaöləcəyik, tıxaclarda çərləyəcəyik.

Sonda. Brüsselin küçələri bizim Bakının küçələrindən iki dəfə dardı,hələ tramvaylar da işləyir. Amma tıxaca rast gələ bilməzsən. Ona görə ki,onların beyinlərində tıxac yoxdu.