adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyun 2020 16:12
17002
SİYASƏT

ADİL ƏLİYEV: “Karantin qaydalarına hamımız əməl etməliyik”

Hər yerdə olduğu kimi Azərbaycandada koronavirusla mübarizə davam edir. Keçən aylarda bu mübarizədə uğurlarımızvar idi, karantin qaydalarının tətbiqi nəticəsində xəstələrin sayını və ölümhallarını aşağı səviyyədə saxlamaq mümkün idi. Ancaq karantin qaydalarınıuzatmaq iqtisadiyyatımızın problemlərini artıra bilərdi, iş yerlərinin açılmasıvə ticarətin başlanması zəruri idi. Ancaq may ayının ortalarından başlananyumşalma xəstə sayını yenidən artırdı. Vəziyyət o həddə çatdı ki, mart və aprelayında gündəlik xəstə sayı 40-50 nəfər idisə, mayın sonu və iyun ayınınbaşlanğıcında say 3 rəqəmliyə keçdi və hazırda xəstə sayı 250-350 nəfərə çatır.Bu baxımdan yenidən sərt tədbirlər görülməsəydi vəziyyət nəzarətdən çıxa bilərdi.Bu isə o demək olacaqdı ki, mövcud xəstəxanalarımızda boş yer qalmayacaqdı.Nazirlər Kabineti yanında Operativ Qərargah şənbə və bazar günlərində vətəndaşlaraevdən çıxmağı qadağan etdi. Başqaalternativimiz yox idi. Qardaş Türkiyə də bir neçə ay bu üsuldan istifadə edibvə müsbət nəticələrini görüb. İnanıram ki, şənbə və bazar qadağasının yaxıngünlərdə müsbət nəticəsini biz də görəcəyik. Karantin rejiminin tələblərinə hərbirimiz əməl etməliyik.

Vətəndaşlarımızın mütləq əksəriyyətişənbə və bazar günü bayıra çıxmaq qadağasına riayət etdi. Çünki hamımız başadüşürük ki, sərtləşən qaydalar özümüzü, ailə üzvlərimizi və bütövlükdə Azərbaycanımızıqorumaq üçündür. Ancaq təəssüf ki, xoşagəlməz hallarla da üzləşdik.

Operativ Qərargah şənbə və bazargünü qadağasını ötən həftənin əvvəlindən elan etmişdi. Yəni iki gün qadağasınariayət etmək üçün ərzaq tədarükü görmək üçün kifayət qədər zaman var idi. Ancaqcümə günü marketlərdə növbələr yarandı, çörək piştaxtaları boşaldı. Əlbəttə,böyük ailələr var və onlar iki günlük çörək tədarükü görməli idilər. Ancaqinternetdə yayılan bir görüntüyə reaksiya verməyə bilmərəm. Taxta səbətdəki çörəklərdükanın qapısından içəri keçməyə macal tapmadan havada uzanan əllər tərəfindən anındaboşaldılırdı. Kim əlinə nə qədər çörək yığa bilirdisə, o qədər daşıyırdı. Azərbaycanmüharibə şəraitindədir və hər zaman da vurğulayırıq ki, torpaqlarımızı işğaldanazad etmək üçün savaşa hazır olmalıyıq. Müharibə şəraitində isə hər bir çətinliyəvə sınağa dözməli olacağıq. 2016-cı ildə 4 günlük savaş günlərində həminsınaqdan üzüağ çıxdıq. Savaş yenə olarsa növbəti sınaqdan da üzüağ çıxmalıyıq.Odur ki, dükanlarda çörək piştaxtalarının boşaldılması görüntüsü bizəyaraşmadı. İki gün keçib və marketlər yenə açıqdır, kimsə çörəksiz və ya ərzaqsızqaldımı? Bu sual cümə günü torbalarını yiyə bilməyəcəyi qədər çörək və ərzaqladolduranlara aiddir. Nəzərə alın ki, bu həftənin sonunda da növbəti dəfə bayıraçıxmaq qadağası tətbiq oluna bilər. Eyni görüntülərin təkrarlanması bizə başucalığıgətirməyəcək. Bununla bərabər düşünürəm ki, eyni səhvin təkrarlanmaması üçüninsanlarımız arasında təbliğat işinin gücləndirilməsinə ehtiyac var. Unutmayaqki, düşmən də bu görüntüləri izləyir və informasiya savaşında bizə qarşıistifadə edə bilər.

Şənbə və bazar günü qadağasıpolisimizin üzərinə böyük məsuliyyət qoyurdu. Çünki polis karantin qaydalarına əməlolunmasına nəzarət etməli idi. Məsuliyyətli vətəndaşlarımız kimi polisimiz dəbu sınaqdan üzüağ çıxdı. Ancaq qaydalara riayət etməyənlər və aranı qarışdırmaqistəyənlər yenə tapıldı. İnternetdə yayılan görüntülərin birində polis qanuna riayətetməyən vətəndaşımızı polis məntəqəsinə aparmaq istədikdə müqavimətlə üzləşir, bəzilərieyvandan polislərin üzərinə müxtəlif əşyalar atırlar. Polisə iş başında müqavimətgöstərmək, onun üzərinə əşyalar atmaq, söymək dünyanın hər yerində olduğu kimiAzərbaycanda da qanun pozuntusu sayılır. Bunu edənlər düşünməsinlər ki, cəzasızqalacaqlar. Bir neçə gün əvvəl metroda da bənzər olay baş vermişdi. Qərar qəbulolunub ki, metroda maska geyinilməlidir, virusdan ancaq bu cür qorunmaq olar.Polis maskasız vətəndaşı çıxartmağa çalışdıqda bir neçə nəfər polisə müqavimətgöstərdi. Daha sonra həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlbolundular. Eləcə də bazar günü polisin üzərinə müxtəlif əşyalar atanlar müəyyənləşdirilərəkməsuliyyətə cəlb olunublar. Çünki bu tədbirlər görülməsə qanunlarımızı heçəsaymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdehdaşımayacaqlarını düşünə bilərlər. Fədakar polislərimiz bizlərdən biridirlər,qanunun keşiyində dayanıblar, hər zaman bizə əl tutmağa da hazırdılar. Təsadüfideyil ki, şənbə və bazar günləri sosial şəbəkələrdə yayınlan görüntülərdəpolisimizin nümunəvi hərəkətləri ilə yadda qaldı. Polis maşını ilə yoldan keçənyaşlı qadının bacısının dəfninə aparılmasından tutmuş, piştaxtalarınboşaldılması səbəbindən çörək almağa macal tapmayan vətəndaşımızın evinə çörəkaparan polisimizə qədər müsbət nümunələr gördük. Ancaq kim ki, bu iki gündəqaydalara riayət etməyib, qadağalara məhəm qoymayıb, polisə müqavimət göstərib,onlar məsuliyyətə cəlb olunublar. Biz hüququ dövlətdə yaşayırıqsa, qanunlaratabe olmalıyıq. Polis isə qanun keşikçisidir.

Radikal müxalifət bu məsələdə də özsimasını göstərdi. Dünəndən polisə müqavimət görüntülərini "qəhrəmanlıq nümunəsi”kimi internetdə yayırlar və şərhlərdə nalayiq ifadələr işlədirlər. Metroda məlumhadisə baş verəndə xaricdə kök salmış saytlardan biri görüntünü sevincək halda "polisivaqondan qovdular” başlığı ilə yaydı. Amerikada kök salmış radikal müxalifətinnümayəndələrindən biri isə Yeni Yasamalda polisə müqavimət görüntüsünü almanfaşistlərinin əməlləri ilə "müqasiyə” edib. Həmin radikal yaşadığı Amerikadaqaradərilinin polis tərəfindən vəhşicəsinə öldürülməsinə reaksiya vermək əvəzinə,polis soydaşını ləkələməyə çalışır. Keçməz. Azərbaycan polisi vətəndaşı qanunariayət etməyə çağırır, bu olmadıqda qanunun ona verdiyi imkanlar çərçivəsində hərəkətedir, daha "amerikalı polis kimi boğulana qədər kimsənin boğazını sıxmır”.

İstənilən hakimiyyət qanun-qaydanınyaradılmasına və bunu təmin edən güclüpolisin olmasında maraqlıdır. Siz necə hakimiyyətə iddialısınız ki, polisəmüqaviməti və bununla aşkar qanunsuzluğu dəstəkləyirsiniz? Demək sizqayda-qanunda deyil, anarxiyada maraqlısınız. Həmin anarxiyanı cəmiyyətimizsizin 1990-cı illərin əvvəllərində hakimiyyətdə olduğunuz qısa dövrdə gördü vəbir daha təkrarlanmasını istəmir. Əgər siz vətəndaşları düşünürsünüzsə, insanları polisə müqavimət göstərməyə, xaosyaratmağa deyil, virusun yayıldığı dövrdə insanları maska taxmağa və sosial məsafəniqorumağa dəvət etməliydiniz. Ancaq siz bu adi çağırışı da etmirsiniz, çünkisizin dərdiniz insanlarımızı qorumaq deyil, ölkəni xaosa və anarxiyaya sürükləməkdir."Dövlətin və xalqın problemləri nə qədər artarsa, bizim üçün bir o qədər yaxşıolar” – bu sizin həyat prinsipinizdir və dəyişməz olaraq qalır. Ancaq nahaq əziyyətdir.Əlbəttə, ölkəmizdə hər şey ideal deyil, müəyyən qüsurlar var, onlarla mübarizəaparılır. Sizin siyasətiniz isə bizi keçmişə qaytarmağa köklənib, bunu isə mütləqçoxluq istəmir.