adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Noyabr 2019 13:19
19319
ƏDƏBİYYAT

ADİL CƏMİLİN MİNGƏÇEVİRDƏ YUBİLEYİ KEÇİRİLDİ

Mingəçevirdə sözə-sənətə dəyər verəninsanların xeyir-duaları ilə görkəmli şair-publisist, filologiya üzrə fəlsəfədoktoru, əməkdar jurnalist Adil Cəmilin anadan olmasının 65 illiyinə həsrolunmuş yubiley gecəsi keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyi Mingəçevirbölməsinin təçkilatçılığı, şəhər İcra Hakimiyyətinin və "Aşıq Şəmşir MədəniyyətOcağı” İctimai Biliyinin dəstəyi ilə Mingəçevir Dövlət Dram Teatrında düzənlənəntədbirin aparıcısı-AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə sözlü-nəğməligecəyə qatılan ədəbiyyat sevərlərə xitabən demişdir:

Birhəzin nəğmədir Araz da, Kür də

Heçvaxt geri dönməz bu çağlar bir də.

Adostlar, bu axşam Mingəçevirdə

Nə çəmənə,nə də bağa gəlmişik.

Bitibtükənməzdir sevgisi elin,

Səsi-sorağıvar hər ötən ilin.

Şairlərşairi Adil Cəmilin

Sənətindənsöz açmağa gəlmişik –

Misra-misrasaflaşmağa gəlmişik.

Azərbaycan Yazıçılar Birliyinin üzvü,tanınmış şair Elşən Əzim yubiliyarın vətən sevgisi, Qarabağ göynərtisi və əzəli-əbədiməhəbbətdən bəhs edən şeirləri barədə danışandan sonra, rəhbərlik etdiyi 35saylı Kəlbəcər rayon köçkün orta məktəbin bir neçə şagirdi Adil Cəmilin düşməntapdağı altda qalan torpaqlarımızın harayını əks etdirən şeirlərini əzbər söylədilər.

Yubiliyarla birlikdə paytaxt Bakıdan gəlibyubiley şənliyinə qatılan məşhur ədəbiyyatşünas alim, professor ŞirindilAlışanlı Adil Cəmilin ədəbi yaradıcılığından bəhs edən çıxışı ilə hamıyaunudulmaz anlar bəxş etdi.

Tədbirin ayrı-ayrı məqamlarında yubiliyarşairin "O gün”, "Duz həqiqəti” və "Qürbət qiyaməti” adlı şeirlərini obrazlı şəkildə canlandıranMDDT-nın aktyorları-respublikanın xalq artisti Ella Yaqubova, NargiləAbdullayeva, Hüseyn Mustafayev, Vüsalə Quliyeva, Paşa Salmanov, Turqut Məsimlivə musiqi hissə müdiri Elnur Rəsulov tamaşaçıların alqışlarına layiq görüldülər.

Bölgədə və onun hüdudlarından uzaqlarda tanınanAşıq Dumanın ifasının ardınca

yerli İcra Hakimiyyətininrəsmisi Sahib Əliyev şəhər rəhbəri İlhamİsmayılovun təbrik və xeyir-dualarından söz açandan sonra AYB Mingəçevir bölməsininhədiyyələrini-fəxri fərman və şairin mingəçevirli rəssam Abdulla ---- tərəfindənçəkilmiş portretini yubiliyara təqdim etdi.



"Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimaiBirliyinin sədr müavini Həbib Misirov təmsilçisi olduğu təşkilat rəhbərliyininyubiliyara ünvanlanmış məktubunuoxuyandan sonra özünün də xoşarzularını da dilə gətirdi.

Yubiley gecəsinə qonaq qismində qatılantanınmış şair Mirsəyyaf Zamanlı Adil Cəmiliçağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri kimi dəyərləndirib,çıxışını bir şeirini söyləməklə tamamladı.

İndiki günlərdə ulu aşıq sənətinin görkəmlinümayəndəsi Ədalət Dəlidağlı isə alqışlara layiq görülən bənzərsiz ifaları iləsözlü-nəğməli yubiley gecəsinə sözün əsl mənasında öz "damğasını” vurdu.

Şairin illər öncəsi məzunu olduğu şəhər 9saylı məktəbin və 11 saylı tədris ocağının şagirdləri Adil müəllimin insanlara, o cümlədən gənc nəslə vətənsevgisi aşılayan şeirlərindən nümunələr söyləyəndən sonra, Azərbaycan YazıçılarBirliyi Ağdaş bölməsinin sədri-şair Fəxrəddin Əsəd istedadlı həmkarının söz sənətininyüksək dəyər kəsb etdiyini vurğulamaqla, ona yeni-yeni yaradıcılıq uğurlarıarzuladı.

Vaxtıyla Adil Cəmillə birlikdə şəhərin9 saylı orta məktəbində oxuduğunu fərəh hissiylə bildirən RizvanMikayıllı, yerli yazarlardan AYB üzvləri Nəsib Bayramoğlu, Zümrüd Rəhimova və Mingəçevir Turizm Kollecinin istedlı qələmsahibi kimi tanınan müəllimi Əşrəf Əsgərovda çıxış edərkən yubiliyar sənətkarın bəşəri və milli-mənəvi dəyərlərəsöykənməklə insanlara nəcib hisslər aşılayan poeziyasının təsir gücündən və onayönəlik oxucu sevgisindən söz açdılar. İstedadlı gənc şair, Prezidentmükafatçısı Səxavət Kəlbəcərli isə özünün qələmə aldığı yeni şeirlərindənbirini söyləməklə hamını məmnun etdi.

Mingəçevir Dövlət Universitetinin müəllimi,filologiya üzrə fəlsəfə doktoru Flora Namazova Adill Cəmillə eyni gündə və eyniməkanda çeşidli mövzularda müdafiə etdikləri elmi işlərlə alim tituluqazandıqlarını fərəh hissiylə dilə gətirib, türk dilli xalqlardan olanqırğızlara məxsus "Manas” dastanının ölkəmizdə ilk tərcüməçisi və tədqiqatçısıolan həmkarını həm peşəkar qələm sahibi, həm də istedadlı alim kimi dəyərləndirdi.

Mingəçevirdə hamının saz havalarınınmahir ifaçıları kimi tanıdığı Aşıq Qoşqarın və Aşıq Hikmətin balabançı Fərəcinmüşaiyəti ilə Adil Cəmilin şeirləri əsasındatəqdim etdikləri mahnılardan sonra, yubiliyar şairinqohumları adından çıxış edən Hacı Sərdar Xankişiyev sevinc hissini hamı iləbölüşdü.

Sonda yubiliyarın özü çıxış edərəksazlı-sözlü gecənin təşkilatçısı olan AYB-nin Mingəçevir bölməsinə, şəhər İcraHakimiyyəti və "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin rəhbərliklərinəminnətdarlığını bildirməklə, tədbirə qatılan və ünvanına xoş sözlər deyən hər bir kəsə təşəkkür edib, birneçə şerini oxudu. Və tədbir öncəsi sərgidənümayiş etdirilən kitablarını avtoqrafla oxuculara bağışlayıb, onlarla birlikdəxatirə şəkilləri çəkdirdi.

Yaxın-uzaq ellərdə görkəmli şair-publisist,tərcüməçi və məhsuldar alim kimi tanınan Adil Cəmilin sənətini yüksək dəyərləndirənsənətsevərlərin qəlbində yubiley geçəsi al-əlvan çalarları ilə şirin xatirələrəçevrilib, yaddaşlarda iz saldı.

CABİR QƏDİMOV

AzərbaycanJurnalistlər Birliyinin üzvü