adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Yanvar 2020 18:08
76000
ƏDƏBİYYAT

Adəmdən atom əsrinə, yaxud Şahin Fazil poeziyası...

Deyirlər yoxdur aləmdə gözəl günlər gözəllərsiz,

Onu təsdiq edərdim, gərçi inkarım görünsəydi...

Şahin Fazil

"Təbiətdə iki cür qocalma var: bəziləriniköhnəldirlər, bəziləri köhnəlir. Birincilərin təkrar istehsalı mümkündür, eləikincilərin də... Əşyanın yerini əşya, heyvanın yerini heyvan, bitkinin yerinibitki, insanın yerini insan tutur”. [red. G. Kərimi] Lakin şairin yerini heçkim tuta bilmir. Yaradıcılığın digər növünü təmsil edən ayrı-ayrı insanlarmisalı hər şair də dünyaya bir dəfə təşrif gətirir. O mənada ki, nə qədər şair,yazıçı var, o qədər də üslub var. Necə ki, ümummilli liderimiz – müdriklik mücəssəməsiH. Əliyev demişdir: "Ziyalılıq kütləvi ola bilməz.Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olannadir insanlardır”.

Mükəmməl kitab yazmaq, həmişəyaşarmövzular seçmək, nümunəvi davranış tərzi, dəyərli tərcümələr müəllifi kimi adqazanmaq haqqında söhbət açacağım alim-şairin həmişə sabahın sorağında olmaq ənənəsindəndir.O sabah ki, onu ancaq təxəyyülümüzün hüdudları sayəsində yaşaya bilirik.

Şeir nədir? Şeir, subyektiv fikrimizəgörə, ödənilməyən hisslərin nəzm şəklində özünü ifadəsinə deyilir; əgər şeir məcburən,yəni şair olmaq niyyətilə yazılmırsa, şairlik taledir. Bu mənada Şahin Fazilxoşbəxt taleli şairdir. O, yazdıqları qədər səmimi, tövsiyələri kimixeyirxahdır; sadə və aydın yazır. Şairin poetik obrazları gah bu əsrdən xəbərverirlər, gah o biri əsrdən, gah dünyanın bu başından soraq gətirirlər, gah dao biri başından. Yorulan, dincələn şair deyil Şahin Fazil. Gününün qrafiki birdəfə yazılıb, həm də həmişəlik:

"Şahinəm,vaxtımı mən boş yerə öldürməmişəm,

Vaxtı öldürməyə bir zərrə də vaxtım yoxdur”.

Eşq olsun! Vaxtın ən qiymətliolduğunu dərk etməkdən böyük məsuliyyət varmı?! İnsan o zaman fərdilik pərdəsiniqaldırmağa müvəffəq olur ki, onun üçün zamandan qiymətli heç nə qalmır.

Zaman keçmişi, gələcəyi yox, məhzindini təqib etdiyi üçün canlıdır. Şahin Fazil də nə qədər canında can var, bucanlı zamana ötüb keçmək fürsəti vermir, ya onunla qoşa addımlayır, ya da biraddım irəlidədir.

Şahin Fərzəliyev ziyalıdır; nə zaman nə yazmağın yerini, necə yazmağınyolunu yaxşı bilir. Ziyalı ancaq özünə məlum olan həqiqətlə oxucunun inamınaşübhə salan, yaxud kütlənin narazılığına səbəb olan şəxs deyil, ziyalı o kəsdirki, ancaq özünə məlum olan həqiqəti əks fikirdə olanlara etiraz etmək fürsətiverməmək cəhdilə yazır. Söhbətimizin bu məqamında şairin özünə müraciət edək:

"Bilirəm qiymətini xəlqi sözün, sərrafəm,

Xəlqi sözlərlə yazan şe’rini bədnamolmaz”.

Ritm və qafiyə özlüyündə poeziyanın əsas cəhətlərindən sayılır.Oxucunun, yaxud dinləyicinin diqqətini ilk özünə cəlb eləyən, daha doğrusu,oxunan şeri, söylənilən mənzum rəvayəti dinləməyə sövq edən də məhz onlardır.Bu mənada qəzəl yazmaq texniki cəhətdən çox zəhmət tələb edir. Ümumiyyətlə,poeziyanın əhatə dairəsi istifadə etdiyi materialın ümumiliyi baxımından çoxgenişdir, amma qəzəldə bu imkanlar bir qədər məhdudlaşır. Ötürülməsi nəzərdətutulan ideyanın təşkil etdiyi sözləri, cümlələri həm ritmə, qafiyəyə salmaq, həmvəznin tələb etdiyi ahəngə uyğunlaşdırmaq, əlbəttə, mürəkkəb işdir. Əruz vəznindəyazmağın çətinliklərinə baxmayaraq o, Şahin müəllimin qələmində gah təsvirə,gah hekayətə, gah da dramatik hadisələrin poetik ifadəsinə istiqamət alır. Beləliklə,ayrı-ayrı insani meyl və əməllərin tək qəzəldə yox, müxtəlif janrlarda mümkün təsviriniyaratmaqla şair poeziyanın bilavasitə uzunömürlülüyünə xidmət etməyə çalışır.



Şahin Fazilin üstün yaradıcılığı onunla izah olunur ki, müəllif istənilənhadisəni həm tarixçilər kimi praqmatik, həm də sənətkar gözü ilə poetik olaraq,yəni görünənlərdə yox, ideyada, qarşılıqlı münasibətlərdə yox, mahiyyətdəqavrayır. O, sadəcə, həqiqəti göstərir, onu sübut etməyə ehtiyac hiss etmir.Aşağıdakı misralara diqqət edək:

"Mənhəm

Yerdə ölmək istəməzdim,

şahinəm”.

Misralardan da göründüyü kimi tarixçi-alim bilir ki, özlüyündə varolanın, yəni ideyanın aşkara çıxarılması tarixdən çox poeziyada baş verir.Sonuncu sətirdəki şahin sözünün hansı quş adı ilə əvəz olunmasından asılıolmayaraq ideya dəyişməz olaraq qalacaq. Başqa sözlə, "şahinəm” sözü simvolik mənadadır,bir növ "yerdə ölmək istəməzdim” cümləsinin aydınlaşması üçün vasitə rolunuoynayır. Əlbəttə, vücud göyə daşına bilməz. Burada yerdə ölməsi istənilməyən, əslində,cism deyil, ruhdur; şair cisminin yox, ruhunun öldürülməsindən narahatdır.

Şahin Fazil tarix üzrə elmlər doktoru olsa da, yanaşı olaraq ədəbi şəxsiyyətlərə,ədəbi metod və janrlara ədəbiyyat tarixçisi kimi nəsər salır. O, ayrı-ayrışairlərin yaradıcılıq prosesini

elmi cəhətdən əsaslandırılmış metodla izləyib özyenilikçi dövri ilə onların mühiti arasında müqayisəli paralellər aparır, ədəbialəmin hansı yaradıcılıq prinsiplərilə inkişaf etdiyinin xronolojiardıcıllığını müəyyən edir ki, bu da ona öz ədəbi istiqamətini təyin etməkdəköməkçi rolunu oynayır.

Şairin "Dünyanın dağılması, yaxud yaxşı oldu dağıldı” poeması oxucuya hələheç kimin qələmə almadığı bir üslubda təqdim olunub. Əsər fantaziya ilə gerçəkliyin,poeziya ilə nəsrin, keçmişlə gələcəyin sintezindən yaranıb. Obrazlar Yer kürəsi"dağılandan sonra” onun cənnət və cəhənnəmdəki sabiq sakinləridir və bütünhadisələri də onlar nəql edirlər. Müəllif dünyanın dağılma səbəbini insanlarıncahilliyində axtarır:

"Yeridağıtmayıbdır

Zəlzələ,ya vəlvələ.

Olmasaydıadamlar

Yaşayacaqdıhələ...

Yaxşıoldu dağıldı”.

Şahin Fazil adı çəkilən poemada kimə müraciət edir-etsin, hamının –Allahin da, nəbinin də, şair və yazıçıların, o cümlədən, filosfların da Yerindağılması məsələsində ortaq məxrəcə gəldikləri yekdil fikir belə olur: "Yaxşıoldu dağıldı!” Lakin iki obrazın – Allahın və onun elçisinin "Yaxşı oldudağıldı!” deməsi müəllifi yetərincə təəccübləndirir, daha doğrusu, təccübləndirmir,şair gerçək dünyanın puç olmasını oxucuya öz üsulu ilə anlatmağa səy göstərir.Poemanı hərfi mənada bir sıra böyük mütəfəkkirlər haqqında annotasiya daadlandırmaq olar. Əsərin sonunda səsləndirilən ədəbi-fəlsəfi suallar isə Yerkürəsində hələlik cavabsız olaraq qalmaqdadır:

"Heyrətdəydimonda mən:

Varlıqvardı, yox varmı,

Yoxluqvardı, var varmı?

Yerdənyaxşı yer varmı,

Eyxudavəndi-aləm?

Belədemək olarmı,

Yaxşıoldu dağıldı?”

Birçox şairlərin şeirlərinə təzminlər yazan ustad qəzəlxan Əfzələddin Xaqaninin dəpoeziyasını yadından çıxarmayıb. Hər iki müəllifin beytini yanaşı oxuyandabir-birindən fərqləndirmək mümkün olmur, necə ki, eyni həcmli, eyni çəkili,eyni rəngli iki dürrü bir-birindən ayırmaq müşkül məsələdir.

Ə.Xaqani: "Xaqani sənə yazmayacaqdır daha məktub,

Çünki sənə səndəno, şikayət necə yazsın?!”

Ş.Fazil: "Həsrət çəkirəm Təbrizə, Urmiyyəyə həsrət,

Əsdirsə əgər əlləri həsrət,necə yazsın?!”

Şahin Fazil əsərlərindən birinə «Ölümpoeması, yaxud qardaş, ölüm nəmənədi?» adını verib. Adından dagöründüyü kimi poema varlığın gerçək dünyadan yox olma prosesini əhatə edir, yəni haqqında bəhs olunmaqla ölüm şərəfləndirilir.Bu əsərdə də şeir və nəsr bir-birini qarşılıqlı olaraq tamamlayır. Deyilənlərə əyanimisal kimi əsərin özündən sitat gətirmək daha münasib olar.

Nəsr: "... Qardaş, heç nəyi havayıvermirlər, illah ki, bu zamanada. Allah baba ölümü də havayı paylayır. Ölüm...Özü də havayı. Vallah mən havayı heç nə istəmirəm, illah ki, ölümü.

Şeir:

"Allah babadan savayı,

Var hamının ölüm payı.

O pay paylanır havayı,

Qardaş ölüm nəmənədi?”

Əslində, bu poema da cavabsız suallarınprozaik və poetik ardıcıllığından ibarətdir. Həmin suallar ki, bir zamanlaralman şairi Matias Klavdi ölümü ilə barışmağının labüd səbəbi kimi onlarıncavabsızlığından şikayət edirdi. Klavdinin ölümündən yüz doxsan bir il sonraŞahin Fazil də öz nikbin poeziyasında həmin sualların cavabsızlığındannarahatlıq ifadə edir, hətta gileylənir də:

"Deməmişdi «gəlim», gəldi,

Biranda min ölüm gəldi,

Xocalıya zülüm gəldi,

Qardaş, ölüm nəmənədi?”

Göründüyü kimi, qələminin ucundanbaşlamış qəlbinin sərhədlərinə, dərrakəsinin hüdudlarına qədər vətənpərvər olan alim Şahin yaradıcılığının səciyyəviobrazına çevrilmiş Xocalı qətliamınıölümün sinonimi kimi tanıyır və tanıdır.

O da bir çox mütəfəkkirlər misalıdünyanın zaman başlanğıcını öyrənməyə can atır, «Sən sondasan, ya əvvəldə? NiyəYerin aqibəti, Yerə deyil, Göyə bağlı? Suallarım niyə açıq, Cavablarım niyəbağlı?» mənzum sualları ilə sanki həyata məxsus olan «olum-ölüm»ün baş vermə səbəbininniyə həyatdan uzaqda, Yerdən kənarda gizlənməsini dərk etməyə çalışır. "Yerdövr edir, Yer dövrədir, yer çevrədir, Çevrənin əvvəli harda? Dövrənin əvvəliharda?” misraları ilə bir növ oxucunu düşünməyə vadar edir ki, onların diqqətinihadisələrin gedişatından yayındırıb mahiyyətinə yönəldə bilsin. Axı mahiyyəti dərketməyə çalışan insan gec-tez özünü də tanımalıdır.

İnsan harada yaşayır-yaşasın, onuntaleyi beynəlmiləl olmalı, özünü insan kimi dərk eləyən hər kəsin diqqətmövzusuna çevrilməlidir. Bu mənada Şahin Fazil beynəlmiləl şairdir, onun sevgiprototipi, sadəcə, insandır. Şairi Qarabağ qarışıq işğal olunan məskənlərimizintaleyi necə narahat edirsə, eləcə də, Fələstində tökülən günahsız qanlar ürəyiniyandırır, hətta o qədər yandırır ki, susuzluqdan əzab çəkən yağışsız ölkələrə yağmurarzulayır:

"Qələm,ilhamımı ləngitmə, et çarə, tələs, dindir:

–O hansı ölkədir ölkəm təkin parə? Tələs, dindir.

–Fələstindir!”

Yaxud:

"Əlbət,yağmasa, olmaz,

Yağa, hər yana düşə,

Kaş bu yağışdan bir az

Ərəbistanə düşə... "

Yazarın, ümumiyyətlə, insanın kimliyisəviyyəsinin uyğun gəldiyi cəhətlər, düşüncəsinin üstünlük verdiyi əməllərbaxımından təyin edilir: çılğınlıq o dərəcəyə çatmalıdır ki, müvazinətipozmasın, mühakimə öz qədərini aşmamalıdır ki, çılğınlıq susmasın.

Şair o zaman böyük olur ki, şeirlərindəilahi sevgi ilə bəşəri duyğuların harmoniyasını yaradır. Bu nöqteyi-nəzərdənyanaşanda Şahin Fazil yaradıcılığının Yerlə Göyün vəhdət zolağı boyu uzanan həmişəyaşılüfüqlərini söz sənətinin məhvərində görürük. Aşağıdakı poetik lövhəyə nəzərsalaq:

"Məcnun – səhra dəlisi,

Fərhad – dağ dəlisi,

Mən – söz!”

Şeir yazmaq təkcə başqalarının görəbilmədiklərini görmək imkanından ibarət deyil, həm də başqalarının danışa bilməyəcəkləridildə danışmaqdır. Şeirin səmaları genişdir, o, uçduqca uça bilir. Poeziyanınmövzu rəngarəngliyi dünyada baş verən hadisələrin sayı qədər sonsuzdur, lakin əslşair ayrı-ayrı hadisələri qələmə almaqdansa, onların ümumləşdirilmiş obrazınıyaratmaqla aid olduqları anlayışların bədii təsvirini yaradır.

Böyük filosoflar insanlarızaman-zaman siniflərə ayırmış, onların üzərində dahiliyinə, alimliyinə,adiliyinə görə bölgülər aparmışlar. Lakin insanın maddi aləmə qarşı hiss etdiyiehtiyacları nə qədər azalsa da, sağ qalması üçün vacib olan amillərin hökmündənxilas olması mümkün deyil. Deməli beyninin yaradıcı potensialının necə olmasınabaxmayaraq ac qalmasın deyə hər gün həyat ilə mücadiləyə qalxan insan vaxtınınolmaması səbəbindən alimliyə, dahiliyə imza ata bilməyəcək. Beləsi, ola bilsin,heç insanlığını da qoruyub saxlaya bilməyəcək. Mənzərə hansı şəkildəolur-olsun, insan üçün başlıca şərt insanilik məsələsidir, təəssüf ki, bölgülərayrı-ayrı adamlara görə yox, cəmiyyətin təməl prinsiplərinə əsaslandığına görəbu məziyyəti dəstəkləmir.

Özişini cəmiyyətin təməl prinsipləri üzərində quran Şahin Fərzəliyev, görün,bölgü daxilində bölgüsüz insanların ümumiləşdirilmiş obrazını necə ustalıqla təsviredir:

"Hambal yük gözləyir məhzun, müntəzir...

Hamı yükdən qaçır, hambal yükgəzir:

– Gəl, ey Yük!”

Fədakarlıq fitrətiinsanın təbiətində baş qaldırmalı, qanında olmalıdır. Müharibə də belədir: məhzfədakar insanlar ölümün üzərinə könüllü gedirlər. Fədakarlıq özünü idarə edəbilməmək cəhətilə tərs mütənasiblik təşkil edir və insanın bütün kateqoriyasınaaiddir. Vətən sevgisi yeganə hisdir ki, insan şəraiti idarə etmədiyi yox, dahadüzgün idarə etdiyi üçün odun içərisinə, ölümün pəncəsinə atılır. Şahin Fazil dəmövcud şəraiti düzgün qiymətləndirdiyinə görə işğal olunmuş torpaqlarımızuğrunda döyüşməyə hazırdır. Şair bu mövzuda kitab-kitab şeir yazıb. Onun qəhrəmanlıqpoeziyasının yaranmasına səbəb Qarabağın... Şuşanın azad olunması eşqilə qərəmanlığasusamış ürəyidir. Yuxarıda söylədiklərimizin yekunu olaraq müəllifin dahimusiqiçi

Ü. Hacıbəyliyə xitabən qələmə aldığı döyüşkən misralara diqqət yetirək:

"Çarpışmağa hazır bizim əskər!

Azad oluna bilməsə, yaddan Qarabağ gər,

Ölmüş o şəhidlər təzədən bir də ölərlər, Üzeyir bəy,

Qoy "Cəngi” çalınsın!”

Yaxud:

"Unudabilmərik bu dərdi,

Kiməkdi, amma kim becərdi...

Üstündəgüllələr cücərdi,

Xocalı”.

Hamı qələmlə yazır: şagird də, tələbədə, müəllim də, həkim də, alim də, dahi də və s. Lakin qələm sözünün birsinonimi var: şair. Nədənsə, şair deyəndə adamın yadına qələm, qələm deyəndəşair düşür. Bəlkə bu o səbəbdəndir ki, dünyanın ilk söz adamları şairlərolublar. Əksər filosoflar da yaradıcılığa şeirlə başlayıblar. Şeir danışmağıbacaran hər kəsin dilidir: sərbəsti, hecası, əruzu var, vəzni, qafiyəsi, təfiləsi,bəhri var... Şeirin elə bir növü, elə bir janrı yoxdur ki, Şahin Fazil qələmindəsınaqdan keçməsin. Üstəlik özü ədəbiyyata o qədər yeni ölçülü şeir növləri gətiribki...

Haqqında sevə-sevə danışdığım ustadşairin yaradıcılıq amplitudası o qədər böyük, tarixçi iddiası o qədər səmimi,şeir səması o qədər geniş, poeziyası o qədər rəngarəngdir ki, haradan başlayıbharada qurtarmaq məsələsində lap çaş-baş qalırıq.

Təbiət dəyişkənliyi sevir, ammabitki, heyvan, insan ideyası dəyişməz olaraq qalır. Təbiətin əbədi nəzəriyyəsi əbədivarlıq yarada bilmirsə, əbədi olan nə üçündür? – Öz qısa ömrünü qarşılıq istəmədənmin bir əzabla əbədi ideyalara xərcləmək idrakın dərk olunmazlıq göstəricisidir:dərk

edən özü dərk olunmur. Suallarçoxdur; insan bilmir, gələcəyini keçmişin ağrısından xilas etsin, yoxsaindisini gələcəyin... Bu arada şeirlər –poetik ideyalar müəllifi Şahin Fazilə uzun ömür, can sağlığı, yeni yaradıcılıqdiapazonu arzulayırıq.

Göyərçin Kərimi

AYB-nin üzvü,

Şair-yazıçı-publisist