adalet.az header logo
  • Bakı 16°C
16 Dekabr 2019 10:33
67648
ƏDƏBİYYAT

AD GÜNÜ - Əntiqə Rəşiddən hekayə

Hekayə

Evinqapısı cırıltı ilə açıldı. Astanada 60-65 yaşlı, saçı-saqqalı dümağ qoca kişiilə təxminən eyni yaşda qadın göründü. Hər ikisinin bənizi solğun və dərinqırışlarla örtülmüşdü. Bulud kimi dolmuş gözlərində isə qəribə, çox qəribə birsevinc işarırdı. Qoca üç pilləni asta-asta endi. Əlində bağ qayçısı, həyətdəkigül kollarına yaxınlaşdı. Yaşıl kolların üstündəki ağ, çəhrayı, qırmızı, sarıgüllərə xeyli baxdı. Hiss olunurdu ki, təzəcə qönçə tutmuş gülləri dərməyə əligəlmir. Qoca fikrindən keçənləri astaca pıçıldamağa başladı:

- Necə qıyım sizə, necə dərim sizi qönçə-qönçə.Bu kolların qəlbini necə incidim, necə sındırım?
- Ay kişi, cəld ol, gecikirik axı!?
Qadının gözlərindəki bayaqkı o qəribə sevincindi üzündə, dodaqlarında, elə səsində də görünməyə başlamışdı.
Səsə fikirdən ayrılan kişi əlindəki bağqayçısını yerə atıb, güllərin yanında torpağa bərkidilmiş taxta oturacaqda əyləşdi.Əlləri əsə-əsə siqaret çıxarıb yandırdı. Məlul-məlul qadının üzünə baxdı. Qadınbayaqdan əlləri qoynunda qapıya söykənmişdi, ərinin "gedək!” söyləyəcəyini gözləyirdi.Kişi:
- Dünən bazardan aldıqlarını da götürdünmü?
Qadın gözlərini, çöhrəsini çulğamış o qəribəsevinclə, o qəribə təbəssümlə izahat verməyə başladı.
- Hə... Qırmızı atlas parçanı da, gül dəstəsinidə, qırmızı ipək lenti də... hamısını götürdüm.
- Gərək süni gül almayaydın, onun nə iyi olacaq?!
- Yoox... indi hamı ad gününə süni gülbağlatdırır.
- Yaxşı, sən hazırlaş, mən də bu güllərdənyığım, gedək!
Qoca siqaretin kötüyünü yerə atıb, ayaqqabısınınucu ilə tapdaladı. Yaşına uyğun olmayan çevikliklə qayçını yerdən götürdü, gözəlliyiilə göz oxşayan gülləri bir-bir dərib, oturacağın üstünə yığdı. Sonra onlarınartıq yarpaqlarını təmizləyib, böyük bir dəstə hazırladı. Dəstəni əlində neçə dəfəo tərəf-bu tərəfə çevirdi. İşindən məmnun adamlar kimi üzünü qadına tutub:
- Hə, necədi? Yəqin özü bu dəstəni görsə, sinəsinəsıxıb, bəsdi deyincə qoxlayar! - dedi və gülümsündü.
- İstəyirsən, qırmızı lent gətirim, bağla, lapgözəl görünsün!
- Hə, gətir, gətir!
Artıq o qəribə sevinc, qəribə təbəssüm qocaya dakeçmiş, üz-gözünü bürümüşdü. Həvəslə həm bazardan aldıqları süni, həm də həyətdəntopladıqları təbii gül dəstələrini qırmızı lentlərlə bəzədilər. Qadın hədiyyəolan çantanı, kişi isə gül dəstələrini götürüb, asta addımlarla həyətdənçıxdılar. Dinməz-söyləməz xeyli yol getdilər. Hərə öz aləmınə qapılmışdı. Bəzənöz-özunə gülümsəmələrindən, bəzən də, sadəcə, başlarını bulamalarından bissolunurdu ki, şirin xatirələri, ötən günləri yada düşüb.
- Yadına gəlir, bir yaşının tamamında ayaq tutubyeridi.
- Heç yadımdan çıxar? İlk addımını da elə mənəsarı atdı.
Kişi gülümsündü.
- Mənim ağzımcan hamı ona "Kişi bala” deyirdi.Day öz adın unutmuşdu. "Kişi bala” deyəndə dönərdi, baxardı, anlayardı ki, onuçağırırıq.
- Həə... - qadın da gülümsündü: -Yadına gəlir,bir dəfə bərk xəstələndim, məni xəstəxanaya qoyduz, müalicə olunmağa. Sən gəldindedin ki, hər gün sənsiz ağlayır, amma sənin çarpayına qoyan kimi, balışınıqoxlayıb yatır.
- Onda neçə yaşı vardı?
- 4 yaşı... Kişi, saata bax, birdən hamıtoplaşar, biz gecikərik!
- Yox, əşşi, qohum-əqrəba bu tezliklə yığışmaz.
Yenə də susdular. Yenə də hər kəs öz aləminəqapıldı. Yanlarından ötənlərin salamına bəzən cavab verir, bəzən cavab verməkdəgecikir, bəzən salamı heç eşitmirdilər də.
- Hələ xeyli yol var! Gərək maşın çağıraydıq.
- Yox, belə yaxşıdı, söhbət yolu qısaldır.
Bu dəfə qadın həvəslə danışmağa başladı:
- Bir dəfə qonaq otağını təmizləyirdim. O dadiqqətlə mənə baxırdı. Divanı, çarpayını səliqəyə saldıqca, görürdüm ki,öz-özünə nəsə danışıb, ləzzətlə gülür. Soruşdum:"Ana qurban, nə deyirsən, bərkdən de, mən də gülüm”. Nə cavab versə yaxşıdı?Dedi ki, "Ana, mən arvad alanda o çarpayıda yatacayıq, bəs uşaq olanda o hardayatacaq, divanda?”
Hər ikisi ucadan güldülər.
- Onda neçə yaşı vardı?
- Onda 2-ci sinifdə oxuyurdu. Kiçik toyu olandaqohum-əqrəba o qədər zarafatlaşmışdılar ki, bir bəftəyə-zada böyük toy eləyib,ona arvad alacaqlar. – Yenə güldülər.
- Bir gün gördüm ki, maşının başına hərlənir,sağına baxır, soluna baxır. Dedim, a bala, nə axtarırsan? Dili dolaşa-dolaşaqayıtdı ki, ay ata, qoy aparım maşını çaylaqda yuyum, yaman çirklənib. Düzü,maşın elə çirkli deyildi, amma dedim apar. Nə isə, günortadan yuyulmağa gedənmaşın, bir də gecəyarı gəldi. Özü də yuyulmamış.
- Hara getmişdi ki?
- Əsgərlərlə hərbi hissəyə mərmi daşıyırmış! Özüboynuna almadı. Amma hissənin komandiri ilə təsadüfən rastlaşdıq, söhbət əsnasındadedi ki, sursat daşımaq üçün yük maşınımız çatmırdı. Çox sağ olsun, oğlun tezözünü çatdırdı. Sursatın yığılmasına da, daşınmasına da xeyli kömək etdi… Əziyyətio çəkdi, təşəkkür mənə çatdı.
Kişi əlinin içi ilə alnından saçlarına qədər birsığal çəkdi. Fəxr ilə dönüb arvadının üzünə baxdı və başını dik tutaraqaddımlarını bir balaca yeyinlətdi.
- Kişi, yadına gəlir, bir dəfə evin böyrünəqoyduğun çəndən 100-150 litr dizel yanacağı yoxa çıxdı? Guya ki, axmışdı, -gülümsündü - səni hirsləndirməkçün elə dedik.
- Bəs onda yanacaq necə olmuşdu?
- Hə... o vaxt rayonu ermənilər işğal eləyəndə,çaşqınlıqdan əhali hara gedəcəyini, nə edəcəyini bilmirdi. Gəlib bizim kənddə,yolun kənarlarında çadırlar qurmuş, ağacların kölgəsində daldalanmışdılar.Oğlun da sənin o bir heylə yanacağını təmənnasız-fılansız paylamışdıordakılara! Amma meyvə məsələsini sənə dedi, elədi?
- Hə... Allah erməniyə lənət eləsin, hər ilbağımızdan, yalan olmasın, tonlarla nar, pırnıx, alma, armud yığıb satardıq. Oili də ağaclar yaman bar gətirmişdi, burun-budağı yerə dəyirdi. Gəldi ki, ayata, kəndimizdəki hərbi hissəyə, bir də qonşu kənddəki hərbi hospitala bir azmeyvə aparmaq istəyirəm. Mən də fikirləşdim ki, hər meyvədən uzaqbaşı 1-2 vedrəaparar (ikisi də gülürlər). Axşam işdən dönəndə nə görsəm yaxşıdı, bağa elə bilsüpürgə çəkiblər. Sən demə kəndə nə qədər köçkün ailəsi pənah gətiribsə, onlarada meyvə payı gedib.
- Amma öz aramızdı, yaman əsəbiləşmişdin, üzəvurmadın.
- Özümü ələ aldım, amma bir az kinayəli soruşdumki, a bala, meyvə yığdırmağa gətirdiyim 3 fəhlə meyvələri 2-3 günə dəribqurtarır, sən tək bunu bir günə necə qurtara bildin? Dedi: "Ay ata, narahatolma, əziyyət çəkmədim. Şakir, Maarif, Musa, Elşən kimi dostlar sağ olsun. Eləonlar kömək etdilər tez yığdıq, apardıq, bizə o qədər alqış elədilər ki”.
- Uşaq gördüyü işdən necə razı qalmışdısa, səsindəkio kinayəni də hiss eləmədi. Bir sevinirdi ki... Həm də inanmırdı ki, sən onunbir sözünü iki edəsən.
- Bilirsən mən niyə hirslənmişdim?
- Niyə?
- Fikrim vardı, meyvələrin puluna 5-6 qoyunalım, buraxım həyətə, qışa qədər kökəlsinlər. Allah qoysa, ya dekabrda, ya dayanvarda həyətimizdə gözəl bir toy vurduraq ona.
- Əşşi, sən də... Onda onun 23 yaşı vardı, heç oyaşda da uşaq evləndirərlər?
- Bura bax, ay arvad, evləndirməzdilərsə əgər,onda niyə o çamadanda, sandıqda boş yer qoymamışdın, hamısını doldurmuşdun? Gəlinənə lazımdır alıb yığmışdın. Mən də istəyirdim də nəsə eləyim!
- Yaxşı-yaxşı, çoxunu mən yox, bacılarıalmışdılar. Hərəsi bir qız gözaltı eləmişdi qardaşına. Qardaşın heç fıkrinsoruşan yox idi ki, a bəy, bu qızı bəyənirsən, ya yox! Böyük bacı gözaltı elədiyiqıza uyğun, balaca bacı isə öz gözaltı elədiyi qıza uyğun paltarlar, kostyumlaralırdılar (gülürlər).
- Heç "bəy” evdə tapılırdı ki, söz dəsoruşsunlar. Nə vaxt soraqlasaydıq, əsgərlərin yanında, mövqelərdə, səngərlərdə.
- Bura bax, bura bax, yadına gəlir, bir dəfə səngərəgedəndə, erməni gülləsi gödəkçəsini deşib keçmişdi? Şükür ki, dəyməmişdi.
- Hə, tez gedib bazardan bir qurbanlıq qoyunaldım. Fuğara babanın ocağında kəsmək üçün!
- Yadımdadı, səhər durub gördük ki, həmin qoyunölüb! Qurbanlıq qoyun ölüb! Bu, görünməyən iş idi. Qonşu Gülxara, rəhmətlik bizəgəlmişdi, qurbanlığın öldüyünü bilən kimi "Allah, sən saxla” deyə-deyə, yeməkyemədən, çay içmədən çıxıb getdi.
- Başımız söhbətə necə qarışıbsa, gəlibçatdığımızdan xəbərimiz olmadı.
- Deyəsən bizdən başqa heç kəs gəlməyib.
- Belə yaxşıdı. Balamızla ürəkdənqucaqlaşıb-görüşərik, istədiyimiz qədər söhbətləşərik, dərdimizi danışarıq.
- Gəl, bəlkə də bizi gözləməkdən yorulub,darıxıb! Anan ad gününə qurban!
- Odey, özü də göründü!

Qocaların gözündəki o qəribə, qeyri-adi sevincelə bil bir az da artdı, aydınlaşdı. O aydınlığın içində fərəh, fəxr, həsrət, məyusluq,sevinc, kədər... hər şey, hər şey vardı.
Qarşıda isə lal sükuta qərq olmuş qəbiristanlıqgörünürdü... Qırmızı lentlərlə, buket və əklillərlə bəzədilmiş hündür, qara mərmərdənhəsrətlə yollara baxan çatmaqaşlı, iri ala gözlü bir oğlan boylanırdı...

Əntiqə RƏŞİD