adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Fevral 2019 18:17
16331
ƏDƏBİYYAT

“Aclıq” dərsi


1.

Çılpaq divarlar idi, tax­­tadöşəmə idi, cındır pa­­­laz idi, astarı yamaqlı yorğan-döşək idi, bir də pişikbalası kimi büzüşüb yatmış oğlan uşa­ğı. Bu uşağın da özündən-sözündən böyükadı vardı – Elat.

–Ana-a!.. – Yu­xu­danayıl­­an kimi başını çevirib gördü ki, otaqda tək qalıb. Ya­vaş­ca yerin­dənqal­xdı – pal­­tarını geyib, dəhlizə keç­di. Ana­sı əli qoynunda pəncə­rə­ninqa­ba­­ğın­­da da­­yanmışdı.

–Sabahın xeyir,ana-a-a...

–Allah sabahını xeyireləsin, qurban olu­m! –Ana Elatı bağrına basıb, üzündən öpdü. –Necəsən, aybala?!

–Ölürəm...

–Səni istəməyənlərölsün, dədəm qurban, nə olub?!

–Sancıdan qarnımdoğranır.

–Özünü darıxdırma, indinanə-cöv­hər­lə ov­xa­layaram, keçib ge­də­r!

–Çayımız var?!

–Dünəndən qalmadı.

–Olsun da?!

–Buz kimidi!

–Qızdır da...

–Qaz balonumuz boşalıb,işı­­ğı­mız da yan­mır. Atan bu gün qonşu­dan pul alıb, borcumuzu verəcək. Mək­təbdəngə­lən­də isti çay içərsən, Allah qoysa!

–Qəndimiz bəs?!

–Döşəkağına büküb birbalon su saxla­mı­şam ki, isinsin. Bir stəkana tök, birdən içmə ha, so­yuqdu, boğazın gələr, ağzın­da sax­la,qurtum-qurtum ud.

–Ay ana, bura niyəgəldik ey! Kən­di­miz ha­­­yıf deyildi?! Heç olmasa yaşamağa isti evimiz vardı,doyunca yeməyə çö­rəyimiz var­dı, mal-qa­ramız vardı, işı­­­ğı­­mız... qa­zı­mız...su­yumuz... Burda nə var, hamısı pul­nandı. Bizim də pulumuz yox!

–Ay bala, orda qalabilərdik?! Özü­müzü öl­dü­rüb, iraq səndən, iraq səndən, me­yi­­ti­mi­zi dəqurda-quşa yem eləyərdilər. Allaha şükür, sağ-salamat bura gəlib çıxa bilmişik!

–Burda beləyaşamaqdansa, orda elə ölmək yaxşıydı, ay ana!

–Elə danışma, qurbanolum, Allaha acıq ge­dər! Niyə yadına salmırsan bəs, orda bir həyətdə gör neçənəfər idik?! Baban hanı, əmilərin hanı, dayıların ha­nı, nənən hanı?! Heçbilmirik qəbrləri də hardadı! Bəs bö­yük qardaşın Səxavət?!.. – Ana do­nu­nunətə­­­yini göz­­lərinə apar­dı. – Ciyərimə dağ bas­­dın, ay şəhid ba­lam! – Hön­kürdü...

2.

Elat bu gün də məktəbə ac gəlmişdi. Arada qar­nı curuldayanda bərkdənös­kü­rür­dü ki, eşidən ol­ma­sın. Ancaq öz səsiylə öz qulağını batırırdı.Uşqlar yer-yerdən pıq­qıl­da­şa­nda qıp­­qırmızı qızarırdı. Hələ söz atan davardı:

–Qurbağa – qur-qur!

Müəllimə sinfə girən kimi dərsə başladı:

–Bugünkü mövzumuzun adı "Aclıq”dı.

Şagirdlər əvvəlcə bir-birinə, sonra da müəl­li­­məyə baxdılar:

–Aclıq?!

–Bəli.

Uşaqlar az qala xorla:

–Mmm... – elədilər.

–Kim aclıq haqqında danışa bilər?

Şagirdlər yenidən bir-birinə sarı çevrilib, çi­yin­lərini çək­­dilər.Arxa cərgədən sün­­bül kimi na­zik bir əl qalxdı.

–Olar mən danışım, müəllimə?!

–Ela-a-a-t?! Buyur.

–Əgər ana qab götürüb qon­şudan un al­ma­ğa ge­­dirsə, buna deyirləraclıq. Aclıq özü də bir neçə yerə bölünür – zəif aclıq, əsl aclıq, ölüm aclığı.Hiss eləyəndə ki, ürə­yin yemək is­tə­yir, bu olur zəif aclıq. Elə ki, eviaxtarır­san, ağ­zına qoymağa bir ti­kə çörək tapmırsan, baş­la­yır qarnıncuruldamağa. Bu, əsl aclıq sayılır. Bir də var, ən böyük aclıq – ölüm aclığı.

–Ölüm aclığı?!–Müəllimə qaşlarını çatdı.

–Bəli.

–O necə olur?! – Şagirdlər idi.

–Fasi­lə­siz mədə san­cısı, qa­rın curultusu, baş ağrısı, göz­lərinqaba­ğına du­­man çök­məsi, ağızdan qara su açılma­sı, başgi­cəl­lən­mə­si vəögü­mək ölüm aclığının əla­mət­ləri sayılır...

Uşaqların gözləri bərələ qalmışdı:

–Biz bunları bilmirdik, müəllimə!

–Mən də çox şeyi bilmirəmmiş, demə!

Xocalı qırğınından canlarını qurtarıb Ba­kı­nın gecəqondularındanbirinə sığınan Qarabağ qaç­­qının 10 yaşlı oğlu Elat axır ki, müəllimədən ilk"əla”­­­sı­nı aldı.