adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Dekabr 2019 14:43
23801
SİYASƏT

Acizlikdən qara piara başlayanlar...

 Bəzi xəbər portallarında "Kasıblar "kombi" işlətmir, qiymət artımı onlara təsir etməyəcək” başlıqlı məqalə dərc edilib. 

Məqalədə bu fikrin Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevə aid olduğu iddia olunur. Xəbər portalları bu məqaləni yayarkən Aznews.az saytına istinad edir. 

Millət vəkili Rüfət Quliyev isə bildirir ki, o bu mövzu ilə bağlı heç bir jurnalistə bu yaxınlarda açıqlama verməyib: "Mənə nə Aznews.az saytından zəng gəlib, nə bu mövzu ilə bağlı bu günlərdə hansısa jurnalist müraciət edib. Məlumat üçün bildirim ki, buna bənzər mövzu ilə bağlı təxminən 3 il öncə açıqlama olmuşdu. Ancaq o açıqlama fərqli konteksdə idi. Ola bilər ki, indi də bir neçə il öncə yayımlanmış açıqlama əsasında yeni xəbər hazırlayıblar. Ancaq belə hal düzgün deyil”.