adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Iyun 2016 16:56
6152
İQTİSADİYYAT

“Açıq hökumət təşəbbüsü” mövzusunda dəyirmi masa keçirilib

Vətəndaş cəmiyyəti təşkilatları iyunun 30-da"Açıq hökumət təşəbbüsü: hökumət-vətəndaşcəmiyyəti əməkdaşlığının qurulması imkanları” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada dövlət qurumlarının nümayəndləri,millət vəkilləri, beynəlxalq təşkilatların və xarici səfirliklərin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, müstəqilekspertlər iştirak edib.

Tədbirdə Azərbaycan hökumətinin yeni qəbuletdiyi Açıq hökumətin təşviqinədair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına müstəqil vətəndaş cəmiyyətininmövqeyi ifadə edilib, açıq hökumət qlobal təşəbüsünün Azərbaycanda reallaşması üçün mövcud imkanlar və problemlər ətrafındamüzakirələr aparılıb. Tədbirdə eyni zamanda, Milli Fəaliyyət Planının icrası mərhələsindəhökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın qurulması perspektivləri dəyərləndirilib.

Tədbiri giriş sözü ilə açan İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədrmüavini Rövşən Ağayev Açıq Hökumət qlobal təşəbbüsünün meyar və prinsipləri,bu təşəbbüsün Azərbaycan üçün əhəmiyyəti barədə danışıb. R.Ağayev qeyd edib ki,Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platforması şəffaflıın artırılması, vətəndaşlarınhüquqlarının genişləndirilməsi, yeni texnologiyalar əsasında idarəetmənin təkmilləşdirilməsi,korrupsiya ilə mübarizə sahəsində milli hökumətlərin üzərinə mühüm öhdəliklərqoyur. AHT-nin bir platfoma olaraq hökumət, vətəndaş cəmiyyəti və özəl sektorarasında ideya və təşəbbüslərin paylaşılması, dialoq imkanlarının tapılmasıbaxımından unikal mexanizm olduğunu qeyd edən ekspert vurğulayıb ki, Azərbaycanbu platformanın imkanlarından səmərəli istifadə etməkdə maraqlı olmalıdır. R.Ağayevin fikrincə, 2016-cı il mayın 4-də AHT Rəhbər Komitəsi tərəfindən Azərbycanınstatusunun müvəqqəti dondurulması hökumətin bir sıra mühüm öhdəlikləri yerinəyetirməməsi səbəbindən baş verib: "AHT-nin Rəhbər Komitəsi tərəfindən 2014-cüilin sentyabrında qəbul edilən "Təsir Siyasəti” adlı sənədin tələbinə görə, üzvölkələr vətəndaşların və sivil toplumun informasiyalara əlçatanlığı məhdudlaşıdırmaqdan,QHT-lərin müstəqil işləməsinə, onların daxili və xarici fondlardan maliyyəalması üçün mühit pisləşməsinə, tənqidi səslərin boğulmasına imkan verməməli,hökumət vətəndaş cəmiyyəti ilə müzkirələrdə manipulyasiyadan qaçmalı, məsələhətləşmələrdəmüstəqil QHT-ləri tərəfdaş kimi görməli, birləşmək və ifadə azadlğının məhdudlaşdırılmasınayönəlik addınmladan çəkinməlidir”.

Sonda R.Ağayev vurğulayıb ki, Azərbaycanhpkuməti vətəndaş cəmiyyəti üçün mühitin yaxşılaşıdırlması ilə bağlı AHT təşəbbüsləriniyerinə yetirəcəyi tədqirdə yaxın aylarda tamhüuquqlu üzv statusunun bərpa edləcəyidərhal baş verəcək.

İqtisadi TədqiqatlarMərkəzinin sədri Qalib Toğrul "Açıq hökumətin təşviqinə dair yeni Milli Fəaliyyət Planı: vətəndaşcəmiyyətinin gözləntiləri” mövzusunda təqdimat etdi. Təqdimatçı çıxşını əsasən"Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”üzərində quraraq onu əvvəlki fəaliyyət planı (2012-2015) ilə müqayisə etdi.Onun sözlərinə görə, yeni sənəddə Açıq Hökumətin təşviqi və Korrupsiyaya qarşımübarizə Planları birləşdirilərək vahid sənəd şəklində təsdiq edilib:”Fəaliyyətplanında 11 əsas istiqamət və 60 altistiqamət nəzərdə tutulur. Əvvəlki Fəaliyyət planında isə 9 əsas istiqamət (bənd) və 37 alt istiqamət (bənd)nəzərdə tutulurdu. "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illərüçün Milli Fəaliyyət Planı”nda isə 28 istiqamət (bənd) və 150 alt istiqamət (bənd)nəzərdə tutulurdu”.

Q.Toğrul Fəaliyyət Planının üstünlükləri vəçatımazlıqları barədə danışıb. Təqdimatçının fikrincə, ötən planın icrasıdövründə icra olunmamış bəzi fəaliyyətlərin yeni planda nəzərə alınması, bəziicrası mütəmadilik tələb edən fəaliyyətlərin icrasının yeni planda da əksetdiriməsi, maliyyə şəffaflığının təmin edilməsi və vətəndaş cəmiyyətinin fəaliyyətiüçün əlverişli mühitin yaradılması istiqamətində yeni fəaliyyətlərin Proqramasalınması, vətəndaş cəmiyyəti Platformasının yaradılmasının nəzərdə tutulması, proqramınicrası müddətinin ötən proqramla müqayisədə daha qısa olması yeni sənədin üstünlükləridir.O, həmçinin Rəqabət Məcəlləsinin qəbulununsürətləndirilməsini və Vəzifəli şəxslər tərəfindən maliyyəxarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyatakeçirilməsini nəzərdə tutan tədbirlərin yeni Plana salınmasını müsbət addımkimi qiymətləndirib.

Çıxışçı Planın zəiftərəfləri qismində elektron xidmətlərin çoxluğu, Açıq Hökumət prinsiplərinin təminolunmasına az təsirli fəaliyyətlərin mövcudluğu, şəffaflıq və hesabatlılığın təminolunması ilə bağlı fəaliyyətlərin yetərsizliyi, Planın qəbulundan əvvəl vətəndaşcəmiyyəti təmsilçilərinin ictimai dinləmələrə yetərincə cəlb olunmamasını qeydedib.

Sonda tövsiyələr tədbir iştirakçılarının diqqətinəçatdırılıb.

KonstitusiyaAraşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev əsasdiqqəti Açıqhökumət təşəbbüsündə vətəndaş cəmiyyəti- hökumət əməkdaşlığının qurulması imkanlarına yönəldib.Onun sözlərinə görə, Azərbaycan bu təşəbbüsə ilk qoşulan ölkələrdən olub və təsadüfideyil ki, təşəbbüsdən 1 il sonra – 2012-ci ildə Fəaliyyət Planı qəbul edildi. FəaliyyətPlanın qəbulunun ləngiməsinə səbəb vətəndaş cəmiyyəti ilə müzakirələr aparmaqoldu. Azərbaycanın statusunun inaktiv etməsi vətəndaş cəmiyyətinin mövqeyi nəzərəalınmadan edilib.

AçıqHökuməti Təşəbbüsləri üzrə Vətəndaş Cəmiyyəti Platformasının yaradılmasıhazırda gündəmdədir, danışıqlar gedir. İstəyirik ki, Platformaya vətəndaş cəmiyyətinümayəndələri ilə yanaşı millət vəkillərinin, sahibkarların daxil edilməsi nəzərdətutulub. Eyni zamanada Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarlaəməkdaşlığı genişləndirmək və Platformanın işinə cəlb etmək barədə düşünürük. YeniFəaliyyət Planı bizi tam qane etməsə də icraedilə biləcək imkanlara malikdir. Plantəkcə 11 istiqamət 59 fəaliyyəti əhatə etmir, dövrü olaraq digər sahələrə dədiqqət artırılacaq. Biz artıq monitorinq prosesinə başlamışıq və dövrü olaraq təkliflərveriləcək. Diqqəti VC-nin üzərinə gətirən çıxışçıya görə, hazırda qrantlarınverilməsi qaydalarının yumşaldılması istiqamətində işlər gedir, qrant verəcəkdonor təşkilatlarının siyahısı üzərində iş gedir.

İştirakçılardanQubad İbadoğlu, Azər Mehtiyev, Bəşir Süleymanlı, Akif Qurbanov, Samir Əliyev, Rəna Səfərəliyeva,Abil Bayramov və digərləri vətəndaş cəmiyyəti- hökumət əməkdaşlığında dialoq imkanları, FəaliyyətPlanının hazırlanmasında vətəndaş cəmiyyətinin rolubub artırılması, vətəndaş cəmiyyətikoalisiyasının yaradılması istiqamətində fikirlər səsləndirilib.

Sondaqərara alındı ki, Açıq Hökumət TəşəbbüsüVətəndaş Cəmiyyəti Platformasının yaradılması istiqamətində vətəndaş cəmiyyətininsəyləri gücləndirilsin və bu istiqamətdə işçi qrupunun yaradılmasına başlansın

Tədbiriştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.

İqtisadi Təşəbbüslərə Yardım ictimaiBirliyinin

Mətbuat Xdməti