adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Sentyabr 2019 10:08
83799
MÜSAHİBƏ

Abutalıbov cibindən Quran çıxarıb dedi ki... - MÜSAHİBƏ

Uzun illər ÜzeyirHacıbəylinin ev muzeyinin direktoru işləmiş üzeyiryşünas alim SəadətQarabağlı Adalet.az saytının suallarını cavablandırıb. O, dahi bəstəkarın ev muzeyi iləbağlı bir çox məsələlərə aydınlıq gətirib.

-Həyatınız uşaqlıq illərinizdən bu zamana kimisirli bir şəkildə Üzeyir Hacıbəylinin həyatıilə bağlanıb. Siz buynu özünüzə necə izah edirsiniz?

Düz deyirsiniz. Özüm dəbilmədən, hiss etmədən həyatım Üzeyirbəyin həyatı ilə bağlanıb. Düşünürəm ki, bu elə Allahın mənə hədiyyəsidir.Musiqi məktəbinin birinci sinifindən Üzeyir bəyin tələbəsi Zivər Əliyeva mənədərs deyib. O, Vaqif Mustafazadənin anası idi və mənə İçərişəhərdəki evlərində musiqitəhsili verirdi. Çox xoşbəxtəm ki, Vaqif Mustafazadənin böyüdüyü evdə təhsilalıb, onun ifa etdiyi royalda da ifa etmişəm.

Sonralar bildim ki, mənə dərs deyənmüəllimlərin hamısı Üzeyir bəyin tələbələri olub. Sonradan atamın təyinatı Füzulirayonuna verildi və biz Füzuliyə köçdük. Orada da mənə Üzeyir bəyin tələbəsiMəmməd Cavadov dərs dedi. Beləliklə, mənim həyatım Üzeyir bəylə bağlandı.

-Daha sonra Üzeyir Hacıbəylinin evmuzeyində işləməyə başladınız. Bu necə oldu?

-AzərbaycanDövlət Universitetinin Jurnalisika fakütləsinə daxil oldum. Anam jurnalist idi,uzun illər "Müxbir” jurnalında işləmişdi. Mən sonacan musiqini davam etdirmədimvə Jurnalistika fakültəsini bitirdim.

Universitetin 2-cikursunda təhsil aldığım zaman "Ədəbiyyat və İncəsənət” qəzeti ilə əməkdaşlıqedirdim. 1979-cu il avqustun bir günündə mənə Üzeyir bəyin ev muzeyindənreportaj hazırlamaq tapşırıldı.

Muzeyə getdim, içəri daxil olaraqməqsədimi dedim. Suallarıma muzeyin əməkdaşları ətraflı cavab verə bilmədilər.Bir də gördüm ki, hündürboy, zadəgan görkəmli, əlində əsası, cibində dəsmalıolan bir yaşlı kişi gəldi. Özünü təqdim edərək mənimlə görüşdü və məlum olduki, Ramazan Xəlilov adlı bu ziyalı muzeyin direktorudur.

Ramazn bəy özü də jurnalist idi və o, mənə Üzeyir bəy haqqındaçox geniş məlumat verdi. Ramazan bəyə canlı ensklopediya deyirdilər. Həqiqətəndə çox savadlı və intellektli insan idi. Ramazan Xəlilov Üzeyir bəyHacıbəylinin böyük baldızının oğlu idi. Uzun illər Üzeyir bəyin katibi olub.1975-ci ildə ev muzeyinin açılmasında böyük rolu olub. Onda bu muzeyAzərbaycanın o zamankı rəhbəri Heydər Əliyevin göstərişi ilə açılmışdı. RamazanXəlilov da ömürlük oraya direktor təyin olunmuşdu.

Ramazan Xəlilov mənim Üzeyir bəylə bağlı bütün suallarımaətraflı cavab verdi. Muzeydən yazını hazırlayıb bitirəndən sonra RamazanXəlilov mənə daimi olaraq harda işlədiyimi soruşdu. Mən də cavab verdim ki,hələ ki təhsil alıram, qəetlə əməkdaşlıq edirəm. Onda məndən soruşdu ki, bumuzeydə işləmək istəyərsiniz? Həqiqətən də bu sual mənim üçün gözlənilməz idi.Cavab verdim ki, bəli, böyük məmnuniyyətlə işləyərdim.


Ramazan bəyin savadı, mədəni səviyyəsi,dünyagörüşü, muzeyin ab-havası məni özünə çəkdi. Və o, məni işə dəvət etdi ki,gəlin işləyin.

Beləliklə də, 1970-cu ilin 1senytabrından Üzeyir bəy Hacıbəylinin ev muzeyində əməkdaş kimi işə başladım.

Muzeydə 25 il, 5 ay çalışdım. 1979-cu ildən 1999-cu ilə qədər, 20il Ramazan Xəlilovla birlikdə Üzeyir bəyin ev muzeyində çalışaraq, böyük birməktəb keçdim. 1999-cu ildə Ramazan Xəlilov dünyasını dəyişdikdən sonra mənmuzeyə direktor təyin olundum.Ramazan bəy öz sağlığında mənə təklif etdiki, o özü baş direktor və mən isə direktor olum,amma mən qəbul etmədim. Mənondan hər zaman atalıq qayğısı görmüşdüm. Təsəvvür edin ki, gedib atanınyerində oturursan. Ona görə də direktor olmaq təklifini qəbul etmədim.

O zaman Ramazan Xəlilov dedi ki, ona hərgün işə gəlib-getmək çox çətindir. Ramazan müəllim rəhmətə gedəndən sonra beşay onun qızı Nərgiz Xəlilova muzeydə direktor oldu. O da dünyasını dəyişdi. Heçməndən soruşmadan məni oraya direktor təyin etdilər. Əmrimi ozamankı mədəniyyət naziri Polad Bülbüloğlu verdi.

Bütünbunlardan savayı, mən Naxçıvanda doğulmuşam və Üzeyir bəy də iki dəfə, ilk çağırışdan, axırıncı çağırışa kimiNaxçıvan zəhmətkeşləri tərəfindən SSRİ Ali Sovetinə deputat seçilib. Bax orda da nəsə bağlılıq var.

-Sizəbu bağlılıq xoş gəlirmi?

-Çox xoş gəlir, əlbəttə. Əvvəllər heç özümdə bu bağlılığın fərqində deyildim. Sonradan bunun fərqinə vardım. Bəlkədə bu mənə bir missiya kimi verilmişdi.

-İşdənçıxmağınızla bağlı danışmağınızı istəyərdim. Ərizənizi yazıb çıxdığınız üçünpeşman deyilsiniz ki?

-Birtərəfdən peşmanam, bir tərəfdən də peşman deyiləm. Peşmanam ona görə ki, Üzeyirbəy üçün etmək istədiklərimi kənardan edə bilmirəm. Ancaq yaradıcılıqla məşğulam.Onun haqqında kitablar yazıram, məqalələr yazıram. Daha geniş mübarizə aparabilmirəm.

Muzeydə olanda isə daha güclü mübarizə aparmışam. Mənheç vaxt o vəzifəni özümə iş bilməmişəm. Mən o işi Üzeyir bəyin ruhu qarşısındaözümə borc bilmişəm və o mübarizəni aparmışam. Elə o mübarizəmə görə də vəzifəmdənərizə yazıb çıxmışam.


Ən böyük məqsədlərimdən biridə muzeyin təmir olunması idi. Muzey çox pis vəziyyətdə idi. Hər dəfə buna aidyazırdım, danışırdım. Axırıncı dəfə "Lider” televiziyasına bununla bağlıdanışdım. Lap sonuncu dəfəməcbur qalaraq prezident İlham Əliyevə müraciət etdim. Müraciətimdə bildirdimki, artıq muzeydə vəziyyət pisdir və təmir lazımdır. Jurnalistlər də özlərigəlib görürdülər. Mənim ən böyük problemim muzeyin təmiri idi. Nəticədə cənabprezidentə müraciətim qəbul olundu. Ölkə başçısı təmirlə bağlı sərəncamimzalamışdı.
Amma mənim bundan xəbərim olmamışdı, Mədəniyyət Nazirliyi bunu məndən qəsdləgizlətmişdi. 2005-ci il fevralın 21-də məni Mədəniyyət Nazirliyinə çağırdılar.

Nazirlikdə muzeylərin kuratoru olanSevda Məmmədəliyeva məni qəbul etdi. Dedi ki, "Polad müəllim istəyir ki, sizi başqa bir muzeyə keçirsin.Sizin savadınız, təcrübəniz bizə çox lazımdır və nazir qərara gəlib ki, sizidaha böyük bir muzeyə, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinə elmi işlər üzrədirektor müavini təyin etsin”.

Sevda Məmmədəliyeva belə deyəndəhəqiqətən də mənim qüruruma toxundu. 25 ildən artıq müddətdə Üzeyir bəyə görə omuzeydə çalışırdım, hamı məni üzeyirşünas kimi tanıyırdı.

Dedim ki, xeyr Sevda xanım, mən başqabir muzeydə işləmərəm.

1997-ci ildə məni Türkiyəyə işə dəvət etmişdilər. Amma mən Ramazan Xəlilovagörə getməmişdim. Bunu nazirlikdə də bilirdilər. Sevda xanıma dedim ki, əgərnazir belə qərar vermək istəyirsə, mən heç bir muzeydə işləmərəm.

Sevda xanım dedi ki, "Səadət xanım, bizəsizin kimi kadr lazımdır və sizin gedəcəyiniz muzeydə maaş daha da çoxdur”.Amma mən bununla razılaşmadım və dedim ki, əgər belədirsə mən ərizəmi yazıbistefa verəcəm. Mən muzeylərsistemində gedirəm və başqa heç bir muzeydə işləmiyəcəmvə belə də etdim.

-Bəlkəonların sizi işdən çıxarmaq kimi bir niyyətləri yox idi? Yəni sizin vəzifəniziböyütmək istəyirdilər. Bəlkə sadəcə siz emosional davranmısınız?

-Üzeyir bəyin muzeyində işləmək mənimüçün ən böyük vəzifə idi elə və oradan çıxarılmaq da dözülməz idi. Məni Üzeyirbəydən ayırmamalı idilər. Əslində hələ də ayrılmamışam.

-Bəsonlardan izahat istəmədiniz? Səbəbini soruşmadınız?

-Yox,qəti. Heç soruşmadım səbəbini…

-Təmir tələblərinizdən sonra başqa nəsə mənfi bir hadisəbaş vermişdi?

-Xeyr,əksinə. Polad Bülbüloğlu da söz verirdi, amma əməl eləmirdi. Sərəncamdan sonraisə məncə təmirə yaxşı pul ayrıldı və düşünürəm ki, Polad Bülbüloğlu mənlə başqa söhbətlər edəbilməyəcəyini anladı və məni ordan uzaqlaşdıraraq hər sözünə "baş üstə” deyəcəkbirini gətirməyi qərara aldı. Yadımadüşür muzey üçün hasar çəkmişdik, çünki küçə itləri filan muzeyin ərazisinəgirirdi. İcra hakimiyyətindən gəlib o hasarı sökdülər. O vaxt HacıbalaAbutalıbov mer idi. Dedilər onun göstərişidir. Mən də onun qəbuluna getdim.Hacıbala müəllim cibindən balaca Quran çıxarıb dedi ki, bu kitaba and olsun, mənim heç nədən xəbərimyoxdur, söz verdi ki muzeyi və ətrafınılayiqincə təmir edəcəyik. İndi qorxuram ki, ümumiyyətlə, muzeyi sökələr.

-Muzeyin sizin dönəminizdə olan fəaliyyəti ilə indiki fəaliyyətininnə fərqləri var?

-Əvvəlmuzeyə maraq çox idi. Məktblərdən, universitetlərdən, baxçalardan çoxlu ziyarətçilərimizolurdu. Hər yaş kateqoriyasından və bir neçə dəfə gələn adamlar olurdu. Fəxriqonaqlar üçün böyük ürək sözü dəftərimiz var idi, dolmuşdu. İndi ziyarətçilərinsayının kəskin şəkildə azaldığını eşidirəm. Həm də biz əvvəl muzeydə Üzeyir bəyinmusiqilərini muzeydə daim səsləndirirdik, ziyarətçilər o musiqilərin müşayiətindəmuzeyi gəzib onun həyatı və yaradıcılığı ilə tanış olurdular. İndi isə musiqilərinsəsləndirilmədiyi deyilir.

-Üzeyir Hacıbəylini Dünya bəstəkarları ilə müqayisəedirsiniz?

-AkademikMustafa Topçubaşovun bir sözü vardı. Deyirdi ki, Üzeyir Hacıbəylini Avropa bəstəkarlıqməktəbinin nümayəndələri Bax, Bethoven, Motsart ilə müqayisə etməkdə çətinlik çəkirəm,çünki o məktəb görməmişdi, özü ayrıca bir məktəb idi.

-"Milli Musiqi Günü” ilə bağlı narazılığınız varidi. Nə məsələ idi?

-Üzeyir Hacıbəylininadını, yaradıcılığını bu xalqın yaddaşından silmək istəyən adamlar var. Hərdəfə əllərinə imkan düşən kimi Üzeyir bəyin adını çox yerdən çıxarıblar.1995-ci ilin 18 sentyabr tarixində Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıxüsusi sərəncam olub. Mərhum prezident Heydər Əliyevin imzaladığı o sərəncamdahəmin tarux "Üzeyir Musiqi günü” kimi yazılıb. Amma sonradan kimlərsə həminsərəncamı təhrif edərək, 18 sentyabrı "Milli Musiqi günü” kimi göstəriblər.

Yazılırki, Heydər Əliyevin sərəncamı ilə Milli Musiqi günü qeyd olunsun. Yoxdur beləsərəncam. Bunu kim və nə üçün edib? Nə üçün Üzeyir bəyin adı oradan çıxarılıb?Halbuki, nazirliyin bütün sənədlərində "Üzeyir Musiqi günü” kimi yazılıb.Media, televiziyada nəyə görə belə səsləndirilir ? Bu ümummilli liderimizHeydər Əliyevin sərəncamıdır axı... Niyə bu sənədi dəyişdiriblər? Bu suallarabu günə qədər hələ də cavab tapmıram. 18 sentyabr "Üzeyir Musiqi günü” kimiqeyd olunmalıdır.

-Sizcə onu xalqın yaddaşından silmək istəyənlərkimlərdi?

-Bilmirəm.

Söhbətləşdi: UlucayAkif