ABŞ-ın SSRİ-nin məhvinə dair məxfi planları açıqlandı
Ötən əsrin 60-cı illərində ABŞ hökuməti SSRİ-nin məhv edilməsinə dair plana malik olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Corc Vaşinqton universitetinin nəzdindəki "Milli təhlükəsizlik arxivi” qeyri-hökumət təşkilatının saytı xəbər yayıb.
Təşkilatın dərc etdiyi bir sıra sənədlərə əsasən, ABŞ nüvə zərbəsi endiriləcəyi təqdirdə SSRİ və Çini məhv etmək imkanlarını nəzərdən keçirib.
Amerika rəhbərliyi SSRİ şəhərlərində yaşayan əhalinin 71 faizinin öldürülməsini ehtimal edib.
2015-ci ilin dekabrında ABŞ-ın Milli arxivlər və sənədlər idarəsi 1959-cu il üçün Amerikanın atom bombaları üçün potensial hədəflərin siyahısını dərc etmişdi. Siyahıya keçmiş SSRİ-nin yüzlərlə şəhəri daxil edilmişdi.
Digər Xəbərlər
05 May 2024 19:47
"Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
04 May 2024 22:54İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04