adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Noyabr 2018 15:27
7957
SİYASƏT

ABŞ-ın ƏN BÖYÜK ARZUSU İSƏ...

NikolayZlobin (ABŞ Qlobal Maraqlar Mərkəzininprezidenti)

Mövcuddurumdaheç kim heç kimə etibar etmir. Bu çox təhlükəli bir haldı. Kimlərinsəhücumedəcəyi və ya etməyəcəyi kimi vədlərinə artıq inam yoxdu. Elə birvəziyyət yaranıb ki, nə dostlara, nə də düşmənlərəinanmaq olmur. ABŞ həmişə uzunmüddətli qlobal siyasətəüstünlük verir. Mənim şəxsi fikrimcə, bu günheç kimmüharibəyə hazırlaşmır.

Sadəcəolaraq, hamı yenidən qurulacaq dünyada özünə layiqli yer tutmağa can atır. Bunun üçün isə güclü iqtisadiyyat, güclü ordu, ənmüasir silahlara yiyələnməli, daimi enerji resursları ilə təmin olunmaq lazımdır.Bu problemlərin həll olunması üçün isəAmerika öz potensial düşmənlərini Rusiya və Çin kimi böyük dövlətlər də öz potensial düşmənlərini müəyyənləşdirməyə çalışırlar. Düşünürəm ki, əgərmüharibə başlamasa hər bir hegemon dövlətyeni dünya düzənində özünə komfort yertutmaq üçün yaxın 20-30 ildə bunun üzərindəçalışacaqlar.

Bütünbunların baş verəcəyi fonunda Fransa,Almaniya, Latın Amerikası dövlətləri, Ukrayna, Belarusiya və digər nisbətən balaca dövlətlərin taleyi necə olacaq?Heç də təəccüblənmərəm ki, yaxınbir neçə ildə ikinci Avropa İttifaqı da yaransın.

Çinartıq dünya iqtisadiyyatına təsiretmək gücünü hiss edir. İslam dünyası nəhayət ki, tarixi yuxudan ayılıb və kənarda qalmaq istəmir. Onlar datarixi revanşa hazırlaşır. Sayca çoxdular və böyük ambisiyaları var. Dünya hərəkətə gəlir, ona görə də böyükmüharibəyə hazırlaşmaq lazımdı. Hətta o baş verməsə belə...

Aleksey Maslov(professor, şərqşünas)

Çin tarixən hərşeyə ləng reaksiya verən, gec qızışanbir dövlətdir. Onlar düşünürlər ki, hər şey yoluna qoyula bilər. ABŞ-ladanışıqlar aparmaqla problemləri qaydayasalmaq olar. Amma vəziyyətin ciddi hal aldığını gördükdən sonra onlar daartıq qızışmağa başlayıblar.

Ola bilər ki, ABŞ-anövbəti gələcək prezidentlə müəyyəndanışıqlar apararaq vəziyyəti normal məcraya yönəldə biləcəklər. Ammaartıq qızışmış Çin maşınını saxlamaq mümkün olmayacaq. Çünki onlar gecqızışıb hərəkətə keçdikləri kimi, çox gec də dayanırlar. Amerikanın başladığıiqtisadi təzyiq Çinin Rusiya ilədaha sıx münasibətlər yaratmasına gətiribçıxaracaq.


AleksandrSosnovski (Almaniyanın World Economy internetorqanının baş redaktoru)

Mən işlərimlə əlaqədartez-tez Brüsseldə oluram. Orada BMT-də, NATO-da çalışanalmanlarla görüşürəm. Onlar da etiraf edirlər ki, bu gün dünyada bütün məsələləri iki super dövlət - ABŞ və Rusiya həll edirlərsə,biz nə edə bilərik? Almaniyada çoxlarıbaşa düşürlər ki, artıq NATO-Rusiyadanışıqları aparan bir qurum mövcud deyil. Yaxın və orta məsafəli raketlərləbağlı müqavilələrdən çıxdıqdansonra əl-qollarının tam açılması üçün ABŞ bütün mövcud müqavilələrdən çıxacaq.

İkincisi, Rusiyaətrafında yəqin ki, Polşadanbaşlayaraq təhlükəsizlik zonasıyaradılacaq. Və çox güman ki, bu zolağa Gürcüstan və Ermənistan da daxil ediləcək.Almaniyaya gəldikdə isə hazırki kanslerMerkelin başı işlərini yerinə gələcək iki namizədə təhvil verməyə qarışıb. Bunamizədlər isə böyük ehtimalla antirusiya mövqeyi tutacaq, ABŞ-ın tərəfini saxlayacaq.


Yakob Kedmi(İsrail xüsusi xidmətinin keçmiş rəhbəri)

ABŞ vəRusiya arasında qarşıdurma 1945-ci il 9maydan sonra başlayıb və bu günlərədək davam edir. Arada az bir müddətə SovetHakimiyyəti dağıldıqdan sonra 13 il ərzində zəifləmiş Rusiya ABŞ-ın dediklərinietməklə az qala onun əllərini öpməyə belə hazır olduqları vaxtlarda bu qarşıdurma bir az səngidi.Lakin Rusiya özünə gələn kimi yenidən hərşey öz axarına düşdü.

Çinlə bağlı isəAmerikanın ümumiyyətlə, heç bir təfəkkürü yoxdu. Çinə qarşı qarşıdurmalarbu ölkəni də qarşılıqlı tədbirlər görməyə məcbur edir.

Təəccüblü deyilki, Çinin müdafiə naziri bu günlərdəTayvandan hələ də imtina etmədiklərini açıq dilə gətirib. Günlərin birgünü Çinin Tayvana qoşun yeridəcəyininşahid olacağıq. Çünki onlar da başadüşürlər ki bunu etməsələr, Tayvanda ABŞ-ın hərbi bazası yaradılacaq. Təsadüfideyil ki, vəziyyəti düzgün analiz edən Çin Xalq Respublikasının lideri bəyanedib ki, "biz müharibəyə hazır olmalıyıq".

Rusiya-ABŞarasında hazırda hansısa danışıqların aparılması mümkün deyil. Ona görə yox ki,tərəflər bir-birinə etibar etmir. Ona görə ki, Rusiyanın ABŞ-la ciddi münasibətlər yaratmaq istəyinə rəğmən Birləşmiş Ştatlaronları aldatmağa çalışırlar. ABŞ-da da çox yaxşı bilirlər ki, Rusiya tərəfdən onlara qarşı heç bir təhlükə gözlənilmir. Buna baxmayaraq, onlarhamını aldadır, belə bir təhlükəninolduğunu daima bəyan edirlər.

Trampa NATOlazım deyil. O, bütün dövlətlərlə özünəsərf etdiyi şərtlərlə münasibətyaratmaq istəyir. Bu gün Rumıniyada,Polşada yaratdıqları hərbi bazaların NATO ilə heç bir əlaqəsi yoxdur. ABŞ-ı bu gün nə Almaniya, nə dəFransa maraqlandırmır. Avropanın hərbi sənayekompleksləri tamamilə çökdürülərək lazımsız hala gətirilib. Amerikayaxın və orta məsafəli raketlərini Pribaltikada, Moldovada, Gürcüstanda və Ermənistandayerləşdirmək istəyir.

Trampın ən böyükarzusu isə ABŞ-ın hərbi bazasını Belarusdayerləşdirməkdi.

Hazırladı:

Rüstəm HACIYEV