Abşeronda üç avtomobil toqquşdu, xəsarət alan var
Abşeronda zəncirvari qəza baş verib.
"Report”un məlumatına görə, hadisə Bakı Mühəndislik Universitetinin yaxınlığında qeydə alınıb.
Üç avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əliyev Heydər Mətləb oğlu xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Əliyevə döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
27 Aprel 2024 15:15