adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Iyun 2020 14:45
14365
GÜNDƏM

ABŞERON RAYONUNDA NƏLƏR BAŞ VERİR?

Neçəgündü mətbuatda müxtəlifxəbərlər dolaşır. Gah yazırlar ki, DTXAdşeron Rayon İcra Hakimiyyətinəgirdi, tutulanlar var. Sonra yazdılar ki, DTX yox, Respublika ProkurorluğununKorrupsiyaya Qarşı Mübarizə İdarəsi İcra Hakimiyyətində əməliyyatkeçirdib, həbs olunanlar var.Daha sonra yazdılar, yox, Prokurorluq yox,DTX əməliyyat keçirib. RespublikaProkurorluğu da bu yazılanların bir hissəsini təkzib edir.

Dahasonra isə Abşeron RİH bütün yazılanları qətiyyətlə təkzib edir.

Təkzibin səhərisi günü isə Respublika Prokurorluğurayonda həqiqətən əməliyyat tədbirləri keçirildiyini açıqlayırvə rayonun baş memarı Akif Əliyevin və bir mənzil istismar sahəsininrəisinin həbs olunduğunu bildirir.

Gecəpis yatanın qarmaqarışıq yuxusuna bənzəyir.Maşallah, yuxu yozanlar da çox.