adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Aprel 2017 09:48
5772
SİYASƏT

ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb

Sakit okeanda ABŞ-a məxsus "MH-60R Sea Hawk” hərbi helikopteri qəzaya uğrayıb.

Adalet.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidməti faktı təsdiqləyib.

İnsident Quam adası yaxınlığında baş verib. Suya düşən helikopterin göyərtəsində olan 3 ekipaj üzvü xilas olunub. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.