adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Noyabr 2017 15:49
15013
DÜNYA

ABŞ Yaxın Şərqdəki əsgərlərinin sayını artırır

Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki hərbi gücünü artırır.

Adalet.az xəbər verir ki, Pentaqon Yaxın Şərqdəki əsgərlərinin sayının 54 min 180-ə çatdırdıqlarını açıqlayıb.

Pentaqonun hesabatında qeyd olunur ki, bu ilin may ayında Yaxın Şərqdəki amerikalı əsgərlərin sayı 40 min 517 olub. Sentyabr ayında isə bu rəqəm 54 min 180-ə çatdırılıb.

Hazırda Suriyadakı ABŞ əsgərlərinin sayı 723, İraqda isə 9 min 122-dir.

Pentaqon Yaxın Şərqdə hərbi qüvvələrinin sayını daha da artıracağını qeyd edib.