ABŞ Suriyaya qadağan olunmuş bomba atdı
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyaya ağ fosfor bombaları atıblar.
Adalet.az xəbər verir ki, bu barədə Suriyanın "SANA” dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, koalisiya qüvvələri terrorla mübarizəni bəhanə gətirərək Suriyanı bombalamağa davam edir və bu zaman qadağan olunmuş hücum vasitələrindən istifadə etməkdən belə çəkinmirlər.
"ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Suriya ərazisinə endirdikləri hava zərbələrində beynəlxalq normalarla qadağan edilmiş ağ fosforlu bombalardan istifadə ediblər. Zərbələr ölkənin cənb-şərqində Deyr-əz-Zor səhrası yaxınlığındakı Hacin şəhərinə endirilib” – məlumatda deyilib.
Qeyd edilib ki, hava hücumu nəticəsində ölüm faktı qeydə alınmayıb.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44