ABŞ səfiri Rusiya səfirinin hədiyyəsini rədd etdi
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın səlahiyyət müddətinin başa çatması ilə bağlı mərasim keçirilib.
AzNews.az-ın məlumatına görə, səfirin Badamdar qəsəbəsində yerləşən iqamətgahında baş tutan mərasimə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının az sayda nümayəndələri də qatılıb.
Tədbir bir sıra maraqlı və təəccüblü məqamlarla yadda qalıb.
Belə ki, diplomatik korpus adından ABŞ səfirinə verilməsi nəzərdə tutulan xatirə hədiyyəsinin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən təqdim edilməsi gözlənilməz olub.
Diplomatlar hədiyyənin ABŞ səfirinə iki ölkə arasındakı hazırkı gərgin dövrdə məhz rusiyalı həmkarı tərəfindən təqdim etməsinə təəccüblərini gizlədə bilməyiblər.
Tədbirdə iştirak edən bəzi səfirlər bunu Rusiya tərəfindən diplomatik jest kimi dəyərləndiriblər.
ABŞ səfirinin sonrakı addımı isə daha gözlənilməz olub. Belə ki, Riçard Morninqstar rusiyalı həmkarından aldığı hədiyyəni özü ilə aparmayacağını bəyan etməklə Vladimir Doroxini nümayişkaranə şəkildə pərt edib. ABŞ səfiri bəyan edib ki, o, bu hədiyyəni Azərbaycanda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaq evlərindən birinə təqdim edəcək.
Diplomatlar və ekspertlər Rusiya və ABŞ səfirləri arasındakı hədiyyə "oyununu” ölkələr arasında bir-birinə verilən siyasi ismarış kimi dəyərləndiriblər.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39