adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Mart 2019 18:05
15661
DÜNYA

ABŞ RUS HƏRBÇİLƏRİNİ QOVMAĞA HAZIRLAŞIR

Birləşmiş ŞtatlarRusiya hərbçilərinin Venesuealadan çıxarılmasıüçün bütün variantları nəzərdən keçirir.Reuters agentliyinin bununla bağlı verdiyiməlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə müxalifətin lideri Xuan Quaydonunxanımı Fabiana Rosaleslə görüşü zamanı bildirib.

«Rusiya bu ölkədəngetməlidi»- deyə Tramp qeyd edib ki, «biz bununla bağlı bütün mümkün variantları nəzərdən keçiririk».

Görüşdə iştirak edən vitse-prezident Mayk Pens bildiribki, rus hərbçilərinin Venesuelaya gətirilməsi «arzuolunmaz təxribatdı». «Biz Rusiyadanxahiş edirik ki, Nikolas Maduro rejiminə dəstək verməkdən əl çəksinlər. Ölkədəazadlığı bərpa etmək üçün Xuan Quaydonun tərəfinə keçsinlər».