adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Oktyabr 2014 16:31
3246
GÜNDƏM

ABŞ nə çoxqohumlu bəxtəvərdi?!

Deməli, ABŞ bizimlə hədə dilində, tələb dilində danışa bilər,bizə «907» tətbiq edə bilər, hər il Dağlıq Qarabağdakı erməni separatçılarına rəsmi(qeyri-rəsmi bilmirik) 10 milyon dollar pul göndərə bilər ki, bir az da silahlanın,ATƏT-in Minsk qrupuna 20 ildən çox həmsədrlik edə bilər, ortada da fındıq. Bakıdakısəfirləri özlərini Azərbaycanın KP MK-nın 2-ci katibləri kimi apara bilər, ammabiz bir balaca nə isə etiraz edə bilmərik. Və etiraz edən kimi də çoxqohumlu bəxtəvərABŞ-ın burdakı əqrəbaları əqrəbə çevrilibetiraz edənləri sancıb zəhərləməlidirlər. Niyə? Çünki ABŞ-ın haqsız tələblərinə,Azərbaycana qarşı haqsız mövqe tutmağına ölkənin müəyyən ziyalıları, ictimaiyyətöz iradını bildirir.

Heç bir ölkənin səfiri fəaliyyət göstərdiyi dövlətin daxili işlərinəqarışa bilməz. O cümldən ABŞ-ın da. Əgərhansısa bir ölkənin, eləcə də ABŞ-ın səfiri bizim daxili işlərimizə qarışırsa, deməli,biz susmalıyıq «əşi, bəli» deməliyik.

Müxalif qəzetlərdənbiri götürüb yazır ki, ABŞ-ın Vaşinqton boyda daşı düşüb bu iqtidarın başına, YAP-çılarınbaşına. YAP bir siyasi partiyadı, qoyduqbir kənara. Amma iqtidar Azərbaycan xalqınıniqtidarıdı, Azərbaycan dövlətinin iqtidarıdı. Siyasi partiyaya qulluq edirsinizYAP-ı bəyənməyə bilərsiniz, amma iqtidarın idarə elədiyi dövlət həm də sizindi.Əgər ABŞ-ın daşı iqtidarın başına düşürsə, deməli, dövlətimizin başına düşür.

Bu ABŞ-ın daşınınə çox sevənlər var? Bəli, ABŞ-ın daşı çox ağırdı, düşüb Liviyanın başına, qan içindəüzür. Düşüb İraqın başına, qan içində üzür.Düşüb Əfqanıstanın başına, qan içində üzür. Düşüb Suriyanın başına, qan içində üzür.

Yəni sizlər də bu daşı arzulayırsınız?

Ağcabədi rayonYAP-çılarının bir qrupunun müraciətini almışıq. Biz onu çap eləmirik, amma ordaçox qəribə fikir var, onu söyləmək pis olmazdı.

Yazırlar ki,ABŞ-ın daşı nə iqtidarın başına düşüb, nə də biz YAP-çıların. ABŞ-ın daşı o adamların başına düşər ki, onların başı yoxdu.Ona görə də ABŞ-ın daşını arzulayanlar ehtiyatlı olsunlar, öz başlarına düşə bilər.