ABŞ İranı qarışdırdı
Hazırda İran 9 milyonluq məmur aparatına, 4 milyonluq təqaüdçüyə, eləcə də 102 dollar müavinət alan 60 milyon nəfərə ödəniş etmək üçün vəsait axtarır.
Adalet.az xəbər verir ki, bu sözləri "Haqqin.az”a açıqlamasında iranlı politoloq Əhməd Hüseyni deyib. O, məhz buna görə hökumətin benzinin qiymətini qaldırdığını vurğulayıb:
"Bu tendensiyanın zəncirvari xarakter daşıyacağı güman edilir. İşə artıq İranın qeyri-hökumət təşkilatları və Qumdakı ruhanilər cəlb edilib. Onlar Ruhanini qiymət artımını ləğv etməyə çağırıblar. İran büdcəsinin təxminən 80%-i neft satışı hesabına formalaşır. Parlament indi dövlət büdcəsinə praktik olaraq mövcud olmayan vəsaitlər axtarmaq məcburiyyətindədir. Belə ki, situasiya çox ciddidir və yeni sosial partlayışlar təhdidi var”.
Qeyd edək ki, İranda benzinin qiyməti üçqat artırılıb. Bunun ardınca ölkənin əksər şəhərlərində izdihamlı aksiyalar başlayıb. Aksiyalarda polislə toqquşmalar zamanı 9 nəfərin öldüyü (həmçinin bir polis zabiti də həlak olub), 1000-ə yaxın insanın həbs edildiyi bildirilir.
Prezident Ruhani isə ötən gün benzin qiymətinin artmasından zərər görən şəxslərə yardım edilməsi haqda fərman imzalayıb.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44