adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Iyul 2020 20:30
12339
DÜNYA

ABŞ Çin konsulluğunu kəşfiyyata köməkdə ittiham etdi

ABŞ xüsusi xidmət orqanları hesab edirlər ki, Çinin Hyustondakı Baş Konsulluğu tibb sahəsindəki yeniliklər barədə məlumatları oğurlamaq üçün Çin kəşfiyyatına yardım edib.

Bu barədə "NBC News” məlumat yayıb.

Nəşrin məlumatına görə, Baş Konsulluq "kəşfiyyat sahəsində əməliyyatların əlaqələndirilməsi və həyata keçirilməsi üçün yüksək texnoloji rabitə mərkəzi” rolunu oynayıb. Bundan əlavə, diplomatik qurumun Çin kəşfiyyatının neft-qaz sənayesinə nüfuz etməsinə kömək etdiyi iddia edilib.