adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 May 2018 17:25
12236
DÜNYA

ABŞ Astana sammitindən imtina etdi

ABŞ Astana sammitində iştirak etməyəcək.

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anuar Jaynakov yayıb.

O, Vaşinqtonun Astana danışıqlarının 9-cu raundunda iştirakdan imtina etməsinin səbəbini açıqlamadığını deyib.

Qeyd edək ki, Suriya böhranının həlli üzrə Astana sammiti bu gün başlayıb. Görüşdə Rusiya, Türkiyə, İran, Suriya hökuməti və müxalifəti iştirak edir.