adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2024 11:16
1428
KRİMİNAL

Abşeronda yük maşını qaçırıldı

Abşeronda maşın qaçırılıb.

Adalet.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 25-də Ceyranbatan qəsəbəsi ərazisindən “MAN” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Səyyad Mehdiyev Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində avtomobillə saxlanılıb. O, 38-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.