Abşeronda kişi arvadını qətlə yetirdi
Abşeronda qadın qətlə yetirilib, əri saxlanılıb.
Bu barədə Adalet.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib.
Noyabrın 16-sı Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Əfsanə Nuruyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Səadətdin Nuriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Əfsanə Nuruyevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Digər Xəbərlər
05 Oktyabr 2026 17:55
Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi
04 Oktyabr 2026 18:32
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
03 Oktyabr 2026 17:50
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49


Bakı -°C

