27 Sentyabr 2025 10:36
179
HADİSƏ

Bakıda anbarda güclü yanğın olub - YENİLƏNİB + VİDEO

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Adalet.az-a FHN-dən məlumat verilib.

hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Qeyd edək ki, bu gün səhər saatlarında "AzMDF" MMC-nin anbarında güclü yanğın başlamışdı. 

 

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Adalet.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

08:58

Abşeronda anbarda güclü yanğın baş verib.

Bu barədə Adalet.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.