Abşeron polisindən ƏMƏLİYYAT: 2 nəfər saxlanıldı -VİDEO
Abşeron polisi əməliyyat keçirib, 2 nəfər saxlanılıb, 7 kiloqramdan artıq narkotik götürülüb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Həyata keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər – Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar. M.Səmədovdan 4 kiloqram 153 qram, E.Xəlilovdan isə 470 qram narkotik vasitə olan marixuana aşkar edilib. Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrdən istifadə etməklə yanaşı Abşeron rayonu ərazisində satışını də təşkil etdikləri məlum olub. Saxlanılan şəxslərdən biri Məhəmməd Səmədov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilib.
Faktlarla bağlı bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56
"Yaralı halda yarım saat kömək istəyib" - Dəhşətli qətlin detalları - VİDEO
02 Aprel 2026 11:11
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
02 Aprel 2026 09:53


Bakı -°C

