25 Iyun 2025 11:28
92
DÜNYA

ABŞ vurduğu ziyana görə təzminat ödəməlidir - Səid Xətibzadə

ABŞ müharibə zamanı İrana vurduğu ziyana görə təzminat ödəməlidir.

Adalet.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İŞlər Naziriyi Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, xarici işlər nazirinin müavini Səid Xətibzadə “Əl-Məyadin”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton İran obyektlərinə vurduğu ziyana görə təzminat ödəməlidir və Tehran bu barədə BMT-yə şikayət edəcək.

Nazir əlavə edərək deyib: “İrana qarşı istənilən təcavüzə cavab veriləcək və biz buna tam hazırıq”.

O, atom enerjisi üzrə beynəlxalq agentliyin (AEBA) baş direktoru Rafael Qrossi məsuliyyətə cəlb edilməsini də vurğulayıb: “O, bu münaqişənin qızışdırılmasında təəssüf doğuran rol oynayıb”.