25 Iyun 2025 11:33
87
DÜNYA

Abbas Əraqçi: "İran nüvə proqramından imtina etməyəcək"

İran İslam Respublikasının xarici işlər naziri Abbas Arakçi, Əl-Ərəbi Əl-Jadeed mətbu orqanına müsahibəsində bəyan  edib ki, İran nüvə proqramından imtina etməyəcək. İsrail və ABŞ-ın təcavüzü Tehranı bu texnalogiyanın inkişafına ruhlandırdı.

 Arakçi qeyd edib ki, İrana hücumlar inamımızı zəiflətmədi, əksinə nüvə proqramının davam etdirilməsinə ruhlandırdı.

 "Biz bu texnalogiyanın inkişafı üçün çox ciddi  çalışmışıq. Bizim alimlərimiz bu yolda həyatlarını qurban verdilər. Ölkəmiz bu yolda, bizə qarşı tədbiq edilən sanksiyalara dözdü, hətta bizə qarşı müharibədə başladılar. Ona görə də, İran bu texnalogiyanı həyata keçirməkdən imtina etməyəcək"- deyə Arakçi bəyan edib.

 Tərəflər hələ ki, atəşkəs elan ediblər. İsrail tərəfi bildirib ki, onlar istədiklərinə müvəffəqiyyətlə nail olublar. İran tərəfi isə, ABŞ və İsraillə müharibədə qalib gəldiyini bəyan edib. 

 Kimin qalib, kimin məğlub olması o qədər də əhəmiyyət kəsb etmir. Əsas məsələ odur ki, bir daha mərmi səsləri eşidilməsin...

 Rüstəm Hacıyev