ABŞ Suriyadan çəkilir
ABŞ Suriyadakı təxminən 1000 nəfərdən ibarət olan bütün qoşunlarını çıxarmaq niyyətindədir.
Adalet.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, Amerika ordusu növbəti iki ay ərzində Suriyanı tərk edəcək.
Əvvəllər isə bildirilirdi ki, Amerika ordusu qoşunlarını Suriyanın şimal-şərqindəki Haseke əyalətindəki əl-Şəddadi bazasından geri çəkib. Obyekt Suriya ordusunun nəzarətinə keçib. Bazanın idarə olunması Amerika tərəfi ilə koordinasiyalı şəkildə həyata keçirilib. Ötən həftə amerikalılar həmçinin Suriyanın cənubundakı ət-Tanf bazasından qoşunlarını geri çəkiblər.
2025-ci ilin aprelində "The New York Times" qəzeti ABŞ-ın Suriyadakı qoşunlarının sayını azaltmağa başladığını bildirib. Ordu ölkənin şimal-şərqindəki səkkiz bazasından üçünü bağlamağı və qoşunların sayını 2000-dən 1400-ə endirməyi planlaşdırırdı. Eyni zamanda, amerikalı komandirlər "Suriyada ən azı 500 Amerika əsgəri qoymağı" tövsiyə ediblər./Modern.az
Digər Xəbərlər
10 Oktyabr 2026 00:32
Putinlə Tramp Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə ediblər
09 Oktyabr 2026 23:42
Tramp Putinlə danışdı - Dizellə bağlı razılaşma əldə etdilər
09 Oktyabr 2026 21:40
BƏƏ təsdiqlədi: Pilot İsraildə böyük terror aktı törədəcəkdi
09 Oktyabr 2026 21:20


Bakı -°C

