ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, səfirlik bununla bağlı sosial şəbəkə hesabında təbrik mesajı yayımlayıb.
Bildirilib ki, “Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunla rəğbət qazanan istedadlı gənc hücumçu Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.
“Eyni zamanda, “Qarabağ” klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayırıq!”, - səfirliyin mesajında qeyd olunub.
Digər Xəbərlər
18 Fevral 2026 15:07
“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında
18 Fevral 2026 14:48
Üç klub azarkeşlərinə görə cərimələndi
18 Fevral 2026 12:10
UEFA “Benfika” - “Real Madrid” oyunundakı insidentlə bağlı araşdırmalara başladı
18 Fevral 2026 09:10


Bakı -°C

