adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 09:34
224
DÜNYA

ABŞ Rusiyanın aktivlərini Ukraynaya verəcək

ABŞ Konqressinin nümayəndələr palatası, növbədənkənar şənbə sessiyasında Rusiyanın aktivlərinin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsini qəbul edib.

 Səsvermənin nəticələrinə görə 360 konqressmen layihənin leyhinə, 58-i isə əleyhinə səs verib. Sənəd təsdiq olunması üçün Birləşmiş Ştatların Senatına göndərilib.

 Moskva, Rusiyanln aktivlərinin müsadirə olunmasını avantyura kimi qiymətləndirib. Federasiya Şurasının Sevastopoldan olan üzvü Yekatrina Altabayeva hesab edir ki, Rusiyanın aktivlərinin müsadirə olunması Pandora yeşiyinin açılmasına səbəb olacaq.

 Sevastopollu senator amerikan hakimiyyətinin bu addımlarını ağılsızlıq kimi qiymətləndirib və bunun iki ölkə arasında münasibətləri pozacağını bildirib. Onun sözlərinə görə, Moskva mütləq cavab tədbirləri görəcək. 

  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da, əmin edib ki, Birləşmiş Ştatlar dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə görə, cavab verməli olacaq.

  ABŞ-ın bu addımının tezliklə avropalı tərədaşları tərəfindən də təkrar olunacağı yəqin ki, özünü çox gözlətməyəcək. 

  İqtisadi məsəklər üzrə Avrokommissar Paulo Centuleni bildirib ki, söhbət, bir neçə il bundan əvvəl Rusiyanın dondurulmuş 250 milyard dollarlıq aktivindən gedir. Bura hələ dondurulmuş aktivlərdən illərdi gələn gəlir əlavə edilməyib.

 Avropa İttifaqının rəhbəri Şarl Mişel öz növbəsində qeyd edib ki, Aİ Rusiyanın cavab addımlarından qorxmur. "Biz Rusiyadan çəkinmirik və ona görə də, işimizi davam etdirərək Ukraynaya kömək edəcəyik". 

  Mişel,  Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya verilməsini düzgün addım kimi qiymətləndirib. 

  Rüstəm Hacıyev