ABŞ NATO-dan çıxmayacaq
ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına bsşlayandan sonra, NATO-dan çıxmayacaq, əksinə alyansın daha da güclənməsinə çalışacaq. Bu barədə Fox News-ə Respublilaçılar partiyasından seçilmiş senator Cim Riş məlumat verib.
"Mən hesab edirəm ki, Rusiyanın hərəkətləri hamıya göstərdi ki, NATO-nun yaradıcıları birliyimizin qorunması üçün tam düzgün qərar veriblər"-deyə bildirən senator, daha sonra əlavə edib ki, Vaşinqton bundan sonra da avropalı tərəfdaşlarını alyansın hərbi xərclərinin artırılmasına dəstək olmağa çağıracaq.
Riş, ABŞ-ın NATO-dan çıxacağı ilə bağlı yayılan xəbərləri təkzib edib və bildirib ki, "Kimlər düşünə bilər ki, ABŞ alyansı tərk etməlidi? NATO həqiqətən lazımdır və onun güclənməsi üçün daha çox çalışmalıyıq".
Rüstəm Havıyev
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

