06 Avqust 2024 12:05
365
DÜNYA

ABŞ İsraili müdafə etməyə hazırdır

The Wall Street Yournal, mənbələrunə əsasən yazır ki, İranın hərbi qüvvələri raket qurğularını hərəkə keçirib və hərbi təlimlərə başlaylb. Bu isə, onu göstərir ki, Tehran yaxın günlərdə hücuma keçməyə hazırlaşır.

 ABŞ prezidenti Co Baydenin administrasiyası ehtiyat edir ki, "Hizbulkah" və digər iranının dəstəklədiyi qruplaşmalar İranın İsrailə hücumuna qoşula bilərlər.

 Bunu nəzərə alan "dünyanın jandarmı" rolunu oynayan Birləşmiş Ştatlar, artıq öz silahlı qüvvələrini İraq və Səudiyyə Ərəbistanı arasına yerləşdirməyə başlayıb və onlar İranın İsrailə hücumuna hazırlaşırlar.

Rüstəm Hacıyev